"Təəssüf ki, ölkəmizdə müstəqillik dövründən bu yana yalnız ölkə başçısının sərəncamı ilə xüsusi kateqoriyada olan şəxslərə təhsil haqları ilə bağlı güzəşt olunur. Başqa tələbələrə yönəlmiş tədbirlər həyata keçirilmir. Bir neçə il əvvəl tələbə kartı adı altında bəzi geyim və restoranlarda endirim nəzərdə tutan kartlar paylandı. Lakin bu tələbə kartlarının heç bir xeyri olmadı. Həmin mağazalar kifayət qədər bahalı idi və hətta mağazaların xəbəri yox idi ki, güzəşt edilməlidir. Bu şəbəkə biznesi adlanan sistemdir. Məsələn, Türkiyədə bu sistem var və bütün tələbələrə "Yaşıl kart” verilir. Onlar tələbə olduqları müddətdə adi vətəndaşlarla müqayisədə 80-90 faiz endirimlər əldə edirlər. Bu güzəştlər ictimai nəqliyyatda və s.yerlərdə endirimlər daxildir.
Tələbələrə ictimai nəqliyyatda, kitab və geyim mağazalarında güzəşt olunacaq ?
08:17 05.09.2017
Arxiv
681
Kamran Əsədov: "Türkiyədə bu sistem var və bütün tələbələrə “Yaşıl kart” verilir. Onlar tələbə olduqları müddətdə adi vətəndaşlarla müqayisədə 80-90 faiz endirimlər əldə edirlər"
"Təəssüf ki, ölkəmizdə müstəqillik dövründən bu yana yalnız ölkə başçısının sərəncamı ilə xüsusi kateqoriyada olan şəxslərə təhsil haqları ilə bağlı güzəşt olunur. Başqa tələbələrə yönəlmiş tədbirlər həyata keçirilmir. Bir neçə il əvvəl tələbə kartı adı altında bəzi geyim və restoranlarda endirim nəzərdə tutan kartlar paylandı. Lakin bu tələbə kartlarının heç bir xeyri olmadı. Həmin mağazalar kifayət qədər bahalı idi və hətta mağazaların xəbəri yox idi ki, güzəşt edilməlidir. Bu şəbəkə biznesi adlanan sistemdir. Məsələn, Türkiyədə bu sistem var və bütün tələbələrə "Yaşıl kart” verilir. Onlar tələbə olduqları müddətdə adi vətəndaşlarla müqayisədə 80-90 faiz endirimlər əldə edirlər. Bu güzəştlər ictimai nəqliyyatda və s.yerlərdə endirimlər daxildir.
"Bütün dünya ölkələrində xarici və yerli tələbələri cəlb etmək üçün kampaniyalar, güzəştlər tətbiq edilir”.
Bunu "Sherg.az”a tələbələrə vahid kart vasitəsilə nəqliyyatda, mağazalarda və s. güzəşt edilməsindən danışarkən tarixçi alim, təhsil eksperti Kamran Əsədov deyib.
O bildirib ki, bu güzəştlər tələbələrin təhsil haqqı, yaşayış yerləri, yol xərcləri, kitab, geyim mağazaları və digər sahələri əhatə edə bilər:
"Təəssüf ki, ölkəmizdə müstəqillik dövründən bu yana yalnız ölkə başçısının sərəncamı ilə xüsusi kateqoriyada olan şəxslərə təhsil haqları ilə bağlı güzəşt olunur. Başqa tələbələrə yönəlmiş tədbirlər həyata keçirilmir. Bir neçə il əvvəl tələbə kartı adı altında bəzi geyim və restoranlarda endirim nəzərdə tutan kartlar paylandı. Lakin bu tələbə kartlarının heç bir xeyri olmadı. Həmin mağazalar kifayət qədər bahalı idi və hətta mağazaların xəbəri yox idi ki, güzəşt edilməlidir. Bu şəbəkə biznesi adlanan sistemdir. Məsələn, Türkiyədə bu sistem var və bütün tələbələrə "Yaşıl kart” verilir. Onlar tələbə olduqları müddətdə adi vətəndaşlarla müqayisədə 80-90 faiz endirimlər əldə edirlər. Bu güzəştlər ictimai nəqliyyatda və s.yerlərdə endirimlər daxildir.Azərbaycanda bunun tətbiqi yaxşı səslənir. Amma reallaşmayacaq. Çünki bu addım dövlət tərəfindən atılmalıdır. Bütün baza dövlət tərəfindən planlaşdırılıb, tənzimlənir. Həmin kartların bu sistemə daxil edilməsi uzun proses olacaq”.
K.Əsədovun fikrincə, planlaşdırılan bu layihənin tək paytaxtda keçirilməsinin heç bir effekti olmayacaq:
"Təəssüf ki, həyata keçirilən belə tədbirlər regionlarda yerləşən ali məktəb, peşə-ixtisas təhsili məktəblərinə şamil edilmir. Tələbə güzəşti dedikdə orta məktəbi bitirmiş, ondan sonrakı pillədə təhsil alan bütün şəxslərə şamil olunmalıdır. Amma Bakıda universitet tələbələrinə şamil edilməsi belə layihələrin çatışmazlığıdır.
Sözsüz ki, belə tədbirlər olsa, çox müsbət addım olar. Tələbələr maddi baxımdan elə də təminatlı deyillər. Bu gün Azərbaycanda 54 ali təhsil müəssisəsində 165 min tələbə təhsil alır. Onların 130 mini isə ödənişli oxuyur.
Bu 70 faizdən çox tələbənin illik xərcləri kifayət qədər çoxdur. Ona görə, hesab edirəm, tələbələri bütünlüklə, Naxçıvan, Qazaxa, Lənkəran və paytaxta qədər bütün ali təhsil müəssisələrini əhatə edəcək layihə işlənməlidir. Bu tələbə kartları yalnız Bakını əhatə edəcəksə, məhdud marşrut xətlərinə, mağazalara aid olacaqsa, heç başlamasınlar. Görüntü xətrinə layihə həyata keçirmək lazım deyil, artıq yetər”.
Qeyd edək ki, Milli Məclisin deputatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov tələbələrə paylanan endirim kartlarının təkmilləşdirilməsindən danışıb. Sədr deyib ki, tələbə kartlarının digər sahələrlə yanaşı nəqliyyatda da istifadə edilməsi üçün ciddi işlər görülür.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
19:00 25.09.2026
Rəsmi
145 nömrəli məktəbdə Anım Günü ilə bağlı tədbir keçirilib
18:54 25.09.2026
Elm və Təhsil
Bakı metrosunda kişi qatar yoluna tullandı
18:42 25.09.2026
Hadisə
Əfv qərarlarında əsas meyar say deyil
18:40 25.09.2026
Aktual
Rusiya “McDonald’s”ı da vurdu
18:00 25.09.2026
Dünya
Türkiyənin İsrail xalqına düşmənçiliyi yoxdur - Ərdoğan
17:57 25.09.2026
Gündəm
Sentyabrın müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
17:37 25.09.2026
Sosial
Qırğızıstanda prezident seçkiləri ilə əlaqədar qadağalar qoyuldu
17:11 25.09.2026
Dünya
ABŞ bu ölkədə üçtərəfli görüş təklif etdi - Zelenski
16:35 25.09.2026
Dünya
Baş nazir və ailə üzvləri ölümlə hədələndi
16:21 25.09.2026
Dünya
İran nə hərb, nə də sülh vəziyyətində qalacaq - ŞƏRH
15:53 25.09.2026
Gündəm
“Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı
15:39 25.09.2026
Futbol
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik edib
15:37 25.09.2026
Gündəm
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual
Türkiyə lideri: İranın daxili işlərinə qarışmaq olmaz
14:43 25.09.2026
Gündəm