Tərtərdə 75 min manatlıq qızıl əşyalarını oğurlayan şəxslər tutulub





 Tərtərdə quldurluq edən şəxslər saxlanılıb.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 23-də şəhər sakini Ramiz Məmmədova məxsus içərisində 74500 manat dəyərində qızıl əşyalar olan çantanı quldurluq yolu ilə almış həmyerliləri Cəlil Əmirli, İlqar Hümbətov, Elnur Ağazadə və Elgiz Paşayev tutulublar.
Faktla bağlı araşdırma aparılır.