Təxminən 550 immiqrant son anda qurtarıldı

Avropaya getmək üçün Aralıq dənizinə açılan immiqrant gəmisi İtalya donanma gəmisinin yaxınlığında batıb. Vertolyotun da rol aldığı xilasetmə əməliyyatında yüzlərlə immiqrant sağ-salamat sudan çıxmağı bacardı. Beş immiqrantın isə cansız bədəni tapıldı.
İçərisində təxminən 550 immiqrantın olduğu gəmi, Avropaya getmək üçün hərəkət etdiyi zaman batdı. Suya basdırılan gəmidəki sığınmacıların qurtarma əməliyyatını, İtalyan sahil təhlükəsizlik qrupları paylaşdı.
Rəsmi şərhə görə, gəmi batarkən Bettika adlı gəmi çox yaxın bir məsafədə olub və xilasetmə əməliyyatı çox çətin keçib. İmmiqrantlara qurtarma botu atılıb və vertolyotun da dəstək verdiyi əməliyyatda yüzlərlə immiqrant sağ-salamat quruya çıxarıldı.