"“The Guardian” erməni lobbisi və anti-Azərbaycan qüvvələrin sifarişini yerinə yetirir"





"Dünyanın bəzi qəzet və jurnalları reallıq adı altında yaşanmamış hadisələri dərc edir”.

Bu baradə "Sherg.az”a "The Guardian” qəzetinin Azərbaycanla bağlı dərc etdiyi qarayaxma xaraketrli yazısını şərh edərkən "İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Baş yazar bu nəşrin ölkəmiz və ölkə başçımız barədə tirajladığı məlumatı düzgün, haqlı hesab etmir:

" Bəzən dünyanın müxtəlif qəzet və jurnalları reallığı üzə çıxartdıqılarını iddia edirlər. Amma onların insanlara çatdırdığı məlumatların çoxu reallıq və gerçəklikdən tamamilə uzaq olur. 

"The Guardian” və onun kimi digər nəşrlər ölkəmiz və ölkə başçımız haqqında sifarişlə qarayaxma xaraterli məqalələr yazırlar. Bir sıra qəzet və jurnallarda erməni lobbisi və anti-Azərbaycan qüvvələri tərəfindən bu kimi xoşagəlməz məlumatlar işıq üzü görür. 

Bu kimi ləkələmə ruhlu yazıları tənqid edirəm. Yaxşı olar ki, "The Guardian” və digər oxşar qəzetlər reallığı yazsın”

Kənan Eynuroğlu