"The National Interest": III Dünya müharibəsi Dağlıq Qarabağdan başlaya bilər
15:10 23.12.2018
Arxiv
485
Məşhur amerikalı jurnalist və politoloq Robert Farli "The National Interest" analitik nəşrində III Dünya müharibəsinin başlama ehtimallarına dair növbəti (sayca üçüncü) proqnozunu açıqlayıb.
"Report” xəbər verir ki, Farlinin fikrincə, Çinin iqtisadi və hərbi gücünün artdığını və Rusiyanın 2019-cu ildə beynəlxalq hüquq və qaydalara məhəl qoymadığını nəzərə alaraq, böyük güclər arasında qlobal qarşıdurma təhlükəsi, əvvəlki dövrlərə nisbətən daha çoxdur.
Farli hesab edir ki, Çin və ABŞ arasında ticarət müharibəsi üçüncü dünya müharibəsinə çevrilə bilər. Bu halda, "detonator" Cənubi Çin dənizi olacaq.
Kentukki Universitetin professoru Ukraynanı qlobal hərbi qarşıdurmanın digər bir potensial məkanı hesab edir. Onun fikrincə Kerç boğazında baş verən son hadisə, təkcə Kiyev və Moskva arasında deyil, həm də Rusiya ilə NATO arasındakı gərginliyin kəskin artmasına səbəb olub.
Alim Amerikanın İrana sərt təzyiq göstərməsini, həmçinin Yəməndə davam edən hərbi münaqişə və Suriyadakı hərbi-siyasi qeyri-sabitlik səbəbindən növbəti təhlükəli zona kimi Fars körfəzini göstərib.
Robert Farlinin sözlərinə görə, iki Koreya arasındakı münasibətlərdə "gərginliyin azaldığı" görünsə də, Koreya yarımadası yenə də, "barıt çəlləyi" olaraq qalır. Politoloqun fikrincə, KXDR əslində öz nüvə və raket işləmələrini dayandırmayıb. Və bu, regionda daha sərt gərginlik burulğanına gətirib çıxara bilər.
Bununla yanaşı o qeyd edib ki, üçüncü dünya müharibəsi bu gün lokal hesab edilən hərbi qarşıdurmadan da baş verə bilər, məsələn, Rusiya və Baltikyanı ölkələr, Ermənistan və Azərbaycan arasında, həmçinin Kəşmir və ya Venesueladakı münaqişələr səbəbindən.
"Daha az kritik münaqişələr dünyanın diqqətini cəlb edə bilməz, bu isə o deməkdir ki, bəzən onlar, kimsə nə baş verdiyini anlayana qədər, ciddi qarşıdurmaya çevrilə bilər", - deyə amerikalı ekspert bildirib və bu, Baltikyanı ölkələrdə, Azərbaycan (Dağlıq Qarabağ - red.), ABŞ, Venesuela və ümumiyyətlə dünyanın istənilən başqa ölkəsində baş verə bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cəlilabadda 19 yaşlı gənc suda boğulub
18:51 28.05.2026
Hadisə
Əli Baqeri: Amerikalılara etibar etmək olmaz
18:42 28.05.2026
Region
Avropa Komissiyası "Temu"nu cərimələdi
18:33 28.05.2026
Cəmiyyət
Cəlilabadda canavarlar təsərrüfata hücum edib
17:36 28.05.2026
Hadisə
Türkiyənin Qara dəniz sahillərində 3 tankerə dron hücumu olub
17:24 28.05.2026
Dünya
Pakistan XİN rəhbəri ABŞ-yə səfər edəcək
17:17 28.05.2026
Dünya
Çin və ABŞ arasında 30 milyard dollarlıq razılaşma
16:50 28.05.2026
Dünya
Zaxarova: İrəvan Rusiya əleyhinə kampaniyanı alqışlayır
16:42 28.05.2026
Region
İsrail Müdafiə Ordusu Livana zərbə endirdiyini bildirib
16:33 28.05.2026
Dünya
Bakıda və bölgələrdə külək güclənəcək
16:25 28.05.2026
Ekologiya
Neymar Braziliya millisinin məşqini buraxıb
16:16 28.05.2026
Futbol
SEPAH: Son sutkada Hörmüz boğazından 26 gəmi keçib
16:08 28.05.2026
Region
“Sabah” kapitanı ilə vidalaşdı
15:59 28.05.2026
Futbol
Sabah gecədən intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
15:50 28.05.2026
Ekologiya
Peter Pelleqrini İlham Əliyevi təbrik edib
15:20 28.05.2026
Rəsmi
İlham Əliyev: Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir
15:07 28.05.2026
Rəsmi