"Tramp Amerika siyasətini kiçik Buşun dövrünə qaytaracaq" - Analitik






"Düşünürəm ki, ABŞ prezidenti Donald Trampın qarşısına konkret məsələ qoyulub. Onun ətrafındakıların daha çox yəhudi xristian kapitalizmi və islam radikalizmi konsepsiyalarından danışırlar". 

Bu sözləri Sherg.az-a ABŞ İran arasında son günlər müşahidə olunan gərginlik barədə danışarkən analitik Azər Rəşidoğlu deyib. 

Onun sözlərinə görə, Tramp islama qarşı Amerikanın siyasətini kiçik Buşun dövrünə qaytaracaq: "

Bu da, daha qabarıq şəkildə həyata keçiriləcək. İndiki mərhələdə Yaxın Şərqi və bütövlükdə regionu tam xaosa bürümək üçün İrana qarşı təzyiqlərin artacağı ehtimalı böyükdür. Yaxın illər ərzində ABŞ siyasətində ən böyük təzyiq İrana göstəriləcək. Düzdü, güman etmirəm ki, İranla böyük miqyaslı savaşa yol açılsın. Amma istənilən halda İran ABŞ gərginliyi artan xətt üzrə davam edəcək və bunun nəticəsində regiondakı proseslər daha da mürəkkəbləşəcək".

Ayyət Əhməd