Tramp çinli həmkarından Şimali Koreyaya təzyiq göstərməsini istəyib






Dünən ABŞ prezidenti Donald Trampla Çin Xalq Respublikasının lideri Zi Çinpin arasında telefon danışığı baş tutub.

"Sherg.az" "Lemonde.fr"ə istinadən xəbər verir ki, danışıqlar zamanı liderlər Şimalı Koreyanın provakasiya xarakterli addımlarından söz açıblar. 

D. Tramp çinli həmkarına bildirib ki, Şimali Koreyanı təxribatlardan imtina etməyə və nüvə silahı ilə bağlı tutduğu mövqedən çəkindirmək üçün mövcud vasitələrdən istifadə etmək lazımdır".

Bundan başqa Amerikanın BMT-dəki xanım səfiri Niki Aley bəyan edib ki, ABŞ bütün dünya ölkələrini Şimali Koreya ilə əlaqələrini dayandırmağa səsləyir. Çünki Pxenyan hökümətinin son zamanlar atdığı addımlar çox dözülməzdir".

Tərcümə etdi: Ayyət Əhməd