Tramp Kim Çen Inla görüşünün tarixini açıqladı





ABŞ prezidenti Donald Tramp KXDR lideri Kim Çen Inla iyunun 12-də görüşəcək.

APA-nın "TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Tramp "Twitter” səhifəsində bildirib.


"Çoxdandır gözlənilən görüş iyunun 12-də Sinqapurda baş tutacaq”, - deyə D.Tramp qeyd edib.