Tramp Rusiyaya qarşı sanksiya proqramını TƏSDİQLƏDİ





ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı Senatın qəbul etdiyi sanksiya proqramını təsdiqləyib. 

"Sherg.az"ın "Lemonde.fr"ə istinadən xəbərinə görə, bununla yanaşı D.Tramp qeyd edib ki, məlum addımı Rusiya, Çin , İran və Şimali Koreyanı ABŞ-a qarşı birləşdirəcək. 

Yazıda o da bildirilir ki, Senat tərəfindən qəbul olunmuş və prezident tərəfindən təsdiqlənmiş qanun layihəsi Moskvanı cəzalandırmaq üçün nəzərdə tutulub. Səbəb isə Rusiyanın ABŞ-dakı seçki prosesinə müdaxiləsi, Krımı ilhaqıetməsi və Ukraynaya müdaxiləsidir. 

Bundan başqa yazıda vurğulanır ki, Rusiyadan sonra Senat İran və Şimali Koreyaya qarşı sanksiya məsələsini müzakirə edib. Və yalnız iki nəfərdən başqa bütün senatorlar bu qanun layihəsinin tərəfdarı olduğunu bəyan edib. Onlar söyləyiblər ki, bu qanun layihələrinin təsdiqi və tətbiqi Rusiya, İran, Çin və Şimali Koreyanı ABŞ-la yaxşı rəftar etmələri ilə bağlı ölçü götürməyə məcbur edəcək. 

Tərcümə etdi: Ayyət ƏHMƏD