Turizm mərkəzi olan Lahıcda şort geymək qadağan edildi

İsmayıllının Lahıc qəsəbəsi Azərbaycanın Şirvan zonasının ən çox turist cəlb edən məkanlarından biridir.
 virtualaz.org-un məlumatına görə, turistlərin diqqətini cəlb edən bu qəsəbədə yerləşən qədim tikililər, tarixi abidələr və yerli əhalinin fəaliyyətdə olan sənətkarlıq emalatxanalarıdır.
Sosial şəbəkələrdə paylaşılan fotoşəkildən məlum olur ki, qəsəbənin rəhbərliyi turistləri adət-ənənələrə riayət etməyə çağırmaqla yanaşı, qəsəbə ərazisində şortla gəzməyin qəti qadağan olması barədə xəbərdarlıq edib.
Mövzu yenilənir.