Türk alim kəşf etdi: Dildə də qoxu hüceyrələri var

ABŞ-da yaşayan türk alim Dr. Hakan Özdener, dildə yalnız dad deyil, qoxu hissinin də olduğunu kəşf edib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, dad və qoxu hissetmə sahəsində dünyada tək araşdırma quruluşu  olan Monell Chemical Senses Mərkəzində çalışan Dr. Özdener öz işləri və 
"Chemical Senses" elm jurnalında nəşr olunan son məqaləsi haqqında məlumat verib.
Türkiyədə On doqquz May Universiteti Tibb fakültəsini bitirdikdən sonra Hindistanda Genetik Mühəndislik və Bioteknoloji (ICGEB) Mərkəzində hepatit E virusu molekulyar biologiyası üzrə doktorluq işini  tamamlayan Özdener, ayrıca ABŞ Philadelphia Temple Universitetində də xalq sağlamlığı üzrə master təhsili alıb.
Özdener 16 ildir Monell Mərkəzində dad və qoxu hissetmə hüceyrələri üzərinə çalışdığını ifadə edərək, "Son 6 ildir insan dilindəki dad hissetmə toxumalarında qoxu hissetmənin də olduğunun təsbiti üzərinə çalışırdım. Çərşənbə günü dərc olunan məqaləm, bu mənada, dünyanın dörd bir tərəfindən çox müsbət reaksiyalara səbəb oldu" deyə danışır.

Oğlunun sualı ilham verib
Bu araşdırmaya oğulunun, "ilanlar niyə havanı iyləmək üçün dilini çıxardır" sualından ilham alaraq başladığını bildirən Özdener, insan dilində də qoxu hissedicilərinin olduğunu təsbit etdikdən sonra buna  uzun  müddət özü də şübhəylə yanaşdığını vurğulayır.
Özdener sözlərinə belə davam edir:  
"Təsbitimi təsdiqləmək üçün 6 il işlədim. Saysız - hesabsız təcrübə və araşdırma apardım, amma nəticədə insan burnunda olan təxminən 500 - qədər qoxu hissetmə qəbuledicilərin, az qala eyni nisbətdə insan dilində də olduğunu təsdiqlədim. Yəni burun qoxuya nə qədər həssassa əslində dad hüceyrələrinin də eyni dərəcədə qoxuya həssas olduğunu gördüm."

"Bu qida və sağlamlıq sektoru üçün əhəmiyyətli bir hadisədir"
Daha əvvəl qoxu ilə dadın ünsiyyətinin beyində birləşdiyini düşünüldüyünü ifadə edən Özdener, son çalışma ilə dildəki dad qəbulediciləri ilə qoxu qəbuledicilərinin yalnız beyində deyil, ağızda da əlaqə içində olduqlarını öyrəndiklərini və bunun qida və sağlamlıq sektoru üçün əhəmiyyətli bir hadisə olduğunun vurğulayıb.
 Özdener qeyd edir ki, burundakı qoxu hüceyrələrindəki sinir uclarının beyinə getdiyi nöqtə ilə ağızdakı dad hüceyrələrindəki sinir uclarının beyinə getdiyi nöqtələr çox fərqlidir. Bu səbəblə burundakı hüceyrələrin qəbul etdiyini qoxu olaraq hiss edirik. Ağızımızdakı dad qəbuledicilərin beynə göndərdiyi siqnalları da dad hesab edirik.
Özdener daha sonra deyir:
 "Soruşa bilərsiniz, ağızımızdakı qoxu qəbulediciləri beynimizə hara gedir? Bunun cavabı hələ bilinmir, çünki ilk dəfə qoxu qəbuledicilərinin dad hüceyrələrinin içində olduğunu kəşf etdik. Bu mövzuda işlər davam edəcək.
Bu kəşf  insan sağlamlığı üçün ciddi problemlər olan köklük, obezite, ürək damar, yüksək təzyiq kimi xəstəliklərinin səbəbləri olaraq göstərilən qidaların içindəki duz, şəkər, yağ miqdarının azaldılmasında faydalı olacaq. Qoxu molekullarının insanda dad alma hissinin şiddətini dəyişdirdiyi məlumdur. Əgər doğru qoxu molekulu seçilsə insanlar yediklərindən eyni ləzzəti dada bilərkən, yeməklərin içərisindəki, duz, şəkər və yağın miqdarını azaltmaq imkanına malik olacaq . Bu da insan sağlamlığına müsbət təsir edəcək və qida sənayesində son dərəcə əhəmiyyətli bir inkişaf olacaq."

"Elm təhsili evdən başlar "
Fərqli bir ölkədə yaşasam da mən bir türkəm və bundan hər vaxt qürur duydum." deyən Özdener, elm təhsili mövzusunda xüsusilə ana və atalara tövsiyələr  verir: "Elm təhsili yalnız universitetdə başlamamalıdı. Elm təhsili evdən başlar. Valideynlər uşaqlarının maraq və öyrənmə duyğusunu artıracaq şəkildə oxumalarına və kiçik ev təcrübələrinə təşviq etməlidir. Elm insanı yetişdirilməsi üçün ilk şərt uşaqlara və gənclərə elmi sevdirməkdir. Uşaqlar bu sahəyə istiqamətlənəndə zatən öz imkanlarını bir şəkildə ortaya çıxaracaqlar."
 Turan