Türk hərbçilər evlərinə dönən suriyalıların təhlükəsizliyini təmin edir - Foto
15:59 25.11.2019
Arxiv
423
Türk hərbçiləri suriyalıların doğma torpaqlarına və evlərinə qayıtmalarına maneə törətmək istəyən PKK/YPG terror təşkilatının mülki vətəndaşlar arasında itki yaşanması məqsədi ilə basdırdığı minaları zərərsizləşdirməyə davam edir.
"Sherg.az" xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyindən bildirilib ki, ki, "Türk əsgərlərinin təmin etdiyi dinc və təhlükəsiz mühit sayəsində suriyalı qardaşlarımızın evlərinə və torpaqlarına geri dönməsindən narahat olan PKK/YPG terror təşkilatının partlayıcı vasitələrlə günahsız vətəndaşlara qarşı hücumu davam edir. Hərbçilərimiz isə mina və kustar üsulla hazırlanmış bombaları zərərsizləşdirməyə davam edir”.
Sülh Çeşməsi əməliyyatı çərçivəsində Rəsulaynda aparılan son əməliyyat axtarış tədbirləri nəticəsində PKK/YPG terror təşkilatına məxsus kustar üsulla hazırlanan partlayıcıların hazırlanmasında istifadə olunan çox sayda partlayıcı maddə, mina, silah-sursat və digər materiallar aşkar edilərək zərərsizləşdirilib.
Digər tərəfdən uzun illərdir YPG/PKK terror təşkilatının nəzarəti altında olan və şəhərsalma xidmətlərindən yararlana bilməyən Rəsulayn və Tel Abyad şəhərlərində Sülh Çeşməsi əməliyyatı çərçivəsində təhlükəsizliyin təmin olunmasından sonra başda səhiyyə xidmətləri olmaqla içməli su, ərzaq, enerji və təmizlik kimi ehtiyacların qarşılanması təmin edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq
Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır
13:58 13.08.2026
Aktual
Saakaşvili: Gürcüstana qarşı çox böyük xəyanət olacaq
13:46 13.08.2026
Gündəm
Abbas Əraqçi: ABŞ Hörmüz və İranla bağlı böyük səhvə yol verdi
13:19 13.08.2026
Gündəm
Ukrayna XİN Lukaşenko ilə görüşü istisna etmir
13:16 13.08.2026
Dünya
Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib
13:13 13.08.2026
Gündəm
Ermənistan hərbçisinin güllələnmiş meyiti tapılıb
12:29 13.08.2026
Region
“Qarabağ”ın oyunu ilə əlaqədar metronun iş rejimi gücləndiriləcək
11:57 13.08.2026
Futbol
Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək
11:15 13.08.2026
Sosial
Ötən ay 93 nəfər Azərbaycana readmissiya edilib
10:57 13.08.2026
Gündəm