Türkiyə ordusu İŞİD-i zəiflədib
07:56 10.02.2017
Arxiv
735
Amma terrorçular təkcə Suriya və İraq ərazisi ilə məhdudlaşmır
Türk ordusu "Fərat qalxanı” əməliyyatı çərçivəsində Suriyada İŞİD-in nəzarətində olan Əl-Bab şəhərinə girib. Şiddətli atışmalar nəticəsində strateji təpələr türk əsgərlərinin nəzarətinə keçib. Hücumda türk ordusu da itki verib.
2 türk hərbçisi həlak olub, 15-i isə yüngül xəsarət alıb. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib ki, iki gün ərzində "Fərat qalxanı” əməliyyatları çərçivəsində İŞİD-in 254 hədəfi məhv edilib, 58 terrorçusu zərərsizləşdirilib.
Türkiyə silahlı güclərinin Suriyadakı əməliyyatları ilə bağlı "Şərq”ə danışan politoloq Araz Aslanlı deyib ki, türk ordusu bölgədəki terrorçularla sərt mübarizə aparmağa məcburdur:
"Qardaş ölkədə yaşanan son terror aktları bir daha göstərdi ki, radikal qruplaşmalar Türkiyə üçün çox ciddi təhdiddir. Bu təhdid Suriyadakı türk silahlı qüvvələrinin daha kəskin addım atmasını şərtləndirirdi. Yəni Türkiyənin İŞİD-lə mübarizəsi həm daxili təhlükəsizlik, həm də ümumilikdə bölgənin stabilliyi baxımından olduqca zəruridir. Rəsmi Ankara çox çalışdı ki, terrorçularla mübarizə apardıqlarını iddia edən koalisiya qüvvələrini fəal surətdə prosesə cəlb etsin. Amma təəssüflər olsun ki, alınmadı. Türkiyə hökuməti də Rusiya ilə müəyyən mənada anlaşaraq Suriyada əməliyyatlara başladı”.
Ekspertin fikrincə, sadəcə türk əsgərlərinin mübarizəsi ilə bütövlükdə İŞİD-i məhv etmək mümkünsüzdür:
"Terrorçular təkcə Suriya və İraq ərazisi ilə məhdudlaşmır. Onların bazaları çoxdur və fəaliyyət sahələri geniş bölgələri əhatə edir. Suriya və İraqda terror qruplaşması nəzarət altına alınsa belə, tamamilə kökünü kəsmək çətindir. Türkiyə ordusunun əməliyyatları İŞİD-in zəiflədilməsinə, terrorçuların ciddi zərbə almasına xidmət edir. Eyni zamanda bu əməliyyatlar beynəlxalq təhlükəsizliyə də öz töhfəsini verir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət