Türkiyə prezidentinə yeni müşavir təyin edildi




Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yeni müşaviri təyin edilib.

 Trend bildirir ki, R.T.Ərdoğanın yeni müşaviri Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunlarının ehtiyatda olan briqada generalı, 72 yaşlı Adnan Tanrıverdidir.

O, 1992-ci ildə Quru Qoşunlarının briqada generalı olub, 1999-cu il avqustun 30-dan isə istefa verib.