Türkiyə qırıcıları İraqın şimalını bombaladı





Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar İraqın şimalını bombalayıb.
"Ölkə.Az” "Anadolu” agentliyinə istinadən xəbər verir ki, hava zərbələri nəticəsində 2 PKK terrorçusu zərərsizləşdirilib.

Bildirilir ki, onlar Türkiyənin hərbi bazasına hücuma hazırlaşırmış.
Hava əməliyyatı zamanı həmçinin terrorçuların anbarı və sığınacağı da məhv edilib.