Türkiyə Super Liqasının oyunları Azərbaycanda yayımlanacaq - RƏSMİ
13:33 07.09.2017
Arxiv
567
"CBC Sport” kanalı Türkiyə Super Liqasının oyunların yayım hüququnu alıb.
Lent.az-ın məlumatına görə, bu barədə kanalın rəsmisi Volkan Üst məlumat verib.
O bildirib ki, Türkiyə superliqasının oyunları tarixdə ilk dəfə Türkiyədən kənarda fəaliyyət göstərən və açıq yayımda olan kanal vasitəsi ilə yayımlanacaq: "Bu ilkə "CBC Sport” imza atdı.
Azərbaycana gələn gündən bu çempionatın burada yayımlanmasına çalışdım. Və budur çoxsaylı danışıqlardan sonra "Saran Holding”, "Digi Türk” və AFFA-dan olan dostlarmızın köməyi ilə biz, nəhayət, bu bayramı sizə yaşada biləcəyik. "Qalatasaray”, "Fənərbaxça”, "Beşiktaş”, "Trabzonspor” kimi köklü klublarla yanaşı, Türkiyə superliqasında mübarizə aparan digər komandaların oyunlarını da təqdim edəcəyik. Həftədə 2 görüşü canlı yayımlayacağıq”.
Volkan Üst həmçinin qeyd edib ki, işgüzar əlaqələrindən yararlanıb, derbi qarşılaşmalara və mərkəzi matçlara şərhçilərini göndərməyə çalışacağıq: "Azərbaycan çempionatında olduğu kimi, meydanın kənarında "CBC Sport”un studiyasının quraşdırılmasına cəhd göstərəcəyik.
Beləliklə, Türkiyə futbolu ilə maraqlananlar, istəkli azarkeşlər superliqa oyunlarına artıq kafelərdə, xüsusi yüksək ödənişli peyk kanalları vasitəsilə deyil, Azərbaycanda sərbəst yayımda olan və bütün ölkəni əhatə edən "CBC Sport”la baxacaqlar.
Biz daim inkişafda olmağa, idmansevərlərin zövqünü oxşamağa çalışırıq. Ümid edirəm ki, futbol qurmanları Türkiyə superliqasının oyunlarını bizimlə izləyib, o gərgin və gözəl, özünəməxsus mübarizədən zövq alacaqlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı
15:39 25.09.2026
Futbol
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik edib
15:37 25.09.2026
Gündəm
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual
Türkiyə lideri: İranın daxili işlərinə qarışmaq olmaz
14:43 25.09.2026
Gündəm
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman
Prezident: Cənubi Qafqazda sülh yeni investisiya dalğası yaradır
12:35 25.09.2026
Gündəm
2015-ci ildən sonra doğulanlara siqaret qadağan ediləcək
12:25 25.09.2026
Sağlamlıq