Türkiyə XİN Bakının azad olunmasının 100 illiyi münasibəti ilə bəyanat yayıb
06:34 15.09.2018
Arxiv
917
Türkiyənin Xarici İşlər Nazirliyi Bakının erməni-bolşevik işğalından azad olunmasının 100 illiyi münasibəti ilə təbrik bəyanatı yayıb.
"Report”un məlumatına görə, bəyanatda bildirilib ki, qardaş ölkə olan Azərbaycan müstəqilliyini ilk dəfə 1918-ci ildə elan etməsindən dərhal sonra Osmanlı imperiyasından kömək istəyib və Nuri Paşanın (Killigil) komandanlığı ilə Azərbaycana göndərilən Qafqaz İslam Ordusunun köməkliyi ilə Bakı işğalçılardan təmizlənib.
"Bu gün Bakının azad olunmasının 100 illiyi qeyd olunur. Bakının azad olunması o dövrdə paytaxtın Gəncədən Bakıya köçürülməsi və ölkənin ərazi bütövlüyünün təmin edilməsinin yolunu açıb və Azərbaycanın bugünkü sərhədlərinin müəyyən edilməsinin təməlini qoyub. I Dünya müharibəsinin son aylarında seçmə əsgərlərdən ibarət Qafqaz İslam Ordusunun qazandığı bu böyük zəfərin ildönümü, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq və həmrəyliyin simvolu olaraq müstəsna əhəmiyyətə malikdir”.
Bəyanatda qeyd olunub ki, Bakının işğaldan azad olunmasının 100-cü ildönümü vacib əhəmiyyətə malikdir. Bu münasibətlə sentyabrən 15-də Bakıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak edəcəyi tədbir keçiriləcək: "Tədbirdə Türk Silahlı Qüvvələri və Azərbaycan Silahlı Qüvvələri birlikdə çıxış edəcəklər. Bütün Azərbaycan xalqını Bakının işğaldan azad olması münasibəti ilə bir daha təbrik edir, bu uğurda həyatlarını fəda edən 1132 şəhidimiz ilə birlikdə vətənləri uğrunda şəhid olan azərbaycanlı qardaşlarımızı hörmət, ehtiram və rəhmətlə yad edirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
30 ilin qəzet qoxusu - OXUMASANIZ DA OLAR!
16:55 31.10.2026
Media
Türkiyə və Özbəkistan arasında Komanda-Qərargah Təlimi keçirildi
16:51 31.10.2026
Dünya
Zelenski Türkiyədə səfərdədir
16:36 31.10.2026
Gündəm
İran ABŞ-nin təkliflərini qəbul etdi
16:35 31.10.2026
Dünya
Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
15:37 31.10.2026
Dünya
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq
15:25 31.10.2026
Hadisə
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
15:14 31.10.2026
Hadisə
Müctəba Xamenei orduya əmr verdi - “Vurun”
14:51 31.10.2026
Gündəm
ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğu iddia edilir
14:04 31.10.2026
Dünya
Uşaqlar üçün qızıl qaşıq dəbə mindi - Tələbat artır
13:58 31.10.2026
Maraqlı
Ukrayna Rusiyaya məxsus Mi-8 helikopterini dronla vurub
12:53 31.10.2026
Dünya
Tramp Ərdoğanla 24 saatda niyə 2 dəfə danışdı?
12:51 31.10.2026
Dünya
ABŞ-dən ərəb ölkələrinə: Hazır olun, İrana hücum edirik
12:17 31.10.2026
Dünya
Böyük Britaniya İrana xəbərdarlıq etdi
12:04 31.10.2026
Dünya
“Beşiktaş” və “Qalatasaray” eyni futbolçunu transfer etmək istəyir
11:53 31.10.2026
Futbol