Türkiyədə 8 əsgər şəhid olub, 18 əsgər yaralanıb - YENİLƏNİB





Türkiyədə PKK silahlıları tərəfindən Şırnakın Uludərə mahalında daha 3 əsgər şəhid edilib.
Lent.az-ın sözcü.com.tr-yə istinadən məlumatına görə, hadisə səhər saatlarına Beytüşşebap adalanan ərazidə baş verib. PKK-çılar yerə partlayıcalar düzərək daha 3 hərbiçini şəhid edib. Hadisə zamanı 10-dan artıq yaralı var. Yaralılar xəstəxanaya çatdırılıb.
Bölgədə əməliyyat aparılır.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin dünəndən bugünə qədər Uludərədə 8 hərbiçisini şəhid verib.
**
10:40
Türkiyədə PKK terror təşkilatı 5 hərbçini şəhid edib, 8 hərbçi isə yaralanıb.
Lent.az-ın "sözcü.com.tr”-yə istinadən məlumatına görə, Şırnakın Uludərə mahalında PKK-çılar əsgərlərin keçəçəyi yola partlayıcı maddələr döşəyib. Əsgərlər həmin yerdən keçən zaman partlayıclar işə düşüb. Bu zaman 5 əsgər şəhid olub, 8-i isə yaralanıb. Yaralalılar təcili olaraq xəstəxanaya çatdırılıb. Onların vəziyyəti ağır olaraq qalır.
Bölgəyə Türkiyə Silahlı Qüvvələri tərəfində dəstək birliklərigöndərilib. Əməliyyat aparılır.