Türkiyədə ikinəfərlik mülki təyyarə qəza enişi edib





Türkiyədə turizm şirkətinə məxsus ikinəfərlik mülki təyyarə Manisa bölgəsindəki Kula rayonunda qəza enişi edib.

AZƏRTAC xəbər verir ki, "C-15-M Cessna” tipli təyyarənin mühərrikində texniki nasazlıq yaranıb. Pilot təyyarəni insidentsiz tarlaya endirə bilib.