Türkiyədə İŞİD -in 5 üzvü öldürülüb




Türkiyə polisi bu ölkənin mərkəzində yerləşən Konya şəhərində İŞİD terror təşkilatına xidmət etməkdə şübhəli bilənən 5 nəfəri qətlə yetirib. 

"Sherg.az" "Lefigaro.fr"ə istinadən xəbər verir ki, həmin şəxslər Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı müqavimət göstərsə də sonda zərərsizləşdiriliblər və  təhlükəsizlik qüvvələrindən isə 4 nəfər yüngül xəsarət alıb. 


Qeyd edək ki, əməliyyat sübh tezdən baş verib. 5 nəfər silahlı şəxs təhlükəsizlik qüvvələrinə hücum edib və aparılan əməliyyat nəticəsində onlar neytrallaşdırılıblar. Həmin qrupda təmsil olunanların sayının çox olduğu bildirilir. 

Ayyət Əhməd