Türkiyədə partiya sədrinin müavini hərbi çevriliş cəhdi ilə əlaqədar saxlanılıb





 Türkiyədə Fətullahçı Terror Təşkilatının (FETĞ) hərbi çevriliş cəhdi ilə əlaqədar aparılan istintaq çərçivəsində Böyük Birlik Partiyasının (BBP) sədri müavini Kaptan Kartal saxlanılıb.
APA-nın "Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, K. Kartal daha öncə BBP-nin Mersindən millət vəkili və Mersin Böyükşəhər Bələdiyyə sədrliyinə namizədi olub.
K. Kartal ifadəsinin alınması üçün polisə aparılıb.