Türkiyədə PPK terrorçuları 2 nəfəri qaçırıblar





 Türkiyədə PKK terrorçuları 2 nəfəri qaçırıblar.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Şırnak vilayətində Fikrət və Naci Adıyamanların olduqları avtomobil yandırılıb, özləri isə qaçırılıb.
Fikrət Adıyaman Ədalət və İnkişaf Partiyasının (AKP) Beytüşşübap rayon təşkilatının gənclər qollarının rəhbəri, eyni zamanda Jirki aşirətinin tanınmış simalarından olan Tahir Adıyamanın qardaşı oğludur.
Faktla bağlı araşdırma aparılır.