Türkiyədə terror DƏHŞƏTİ: 3 şəhid, 170-ə yaxın yaralı - YENİLƏNİB





Türkiyədə bu gün PKK tərəfindən törədilmiş partlayış nəticəsində yaralananların sayı artmaqda davam edir.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, yaralananların sayı 170-ə çatıb.
Əvvəl də qeyd etdiyimiz ki, onlardan 14-nün vəziyyəti ağırdır.
***
Türkiyədə Elazığ Polis İdarəsi qarşısında baş verən partlayış nəticəsində yaralananların sayının 146-a çatdığı deyilir.
Lent.az-ın Hüriyyət-ə istinadən məlumatına görə, onlardan 14-nün vəziyyətinin ağır olduğu deyilir.
***
Türkiyədə Elazığ Polis İdarəsi qarşısında baş verən partlayış nəticəsində ilkin məlumatlara görə, 3 nəfərin şəhid olduğu açıqlanıb.
Lent.az-ın Hüriyyət-ə istinadən məlumatına görə, 100-dən çox yaralı olduğu deyilir.
***
Türkiyənin Elazığ şəhərində Polis İdarəsinin qarşısında partlayış olub.
APA-nın "Hüriyyət” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə yerinə çoxlu sayda təcili yardım və yanğınsöndürən maşın cəlb olunub.
NTV xəbər verir ki, Polis İdarəsinin qarşısında bomba partladılıb.
Yaralıların olduğu bildirilir.
Partlayış nəticəsində binalara və yaxınlıqdakı avtomobillərə ciddi ziyan dəydiyi bildirilir.
Elazığ bələdiyyəsinin sədr müavininin açıqlamasına görə, ölənlərin olması barədə hələlik məlumat yoxdur. Partlayışın bomba ilə yüklənmiş maşının partlaması nəticəsində baş verdiyi bildirilir.
Partlayışın səsi bütün şəhərdə eşidilib.