Türkiyədəki terraktlarda Qərbin əli var- POLİTOLOQ
16:04 12.12.2016
Arxiv
916
Türkiyədəki terror aktlarının törədilməsində Qərbin əli var.
Bunu Sherg.az-a həftəsonu Türkiyənin İstanbul şəhərində törədilən qanlı terror aktının siyasi motivlərini şərh edərkən politoloq Tofiq Abbasov deyib.
Onun sözlərinə görə, Yaxın və Orta Şərqin təlatüm içərisində olması nəticəsində qərb, terror təşkilatlarının vasitəsi ilə daha böyük xaos yaratmağa çalışır:
"Məqsəd ondan ibarətdir ki, bu bölgələrdə güclü dövlətlərin maraqları təmin edilsin. Qərbin analitik beyin mərkəzləri müsəlman şərqində yerləşən 10-dan çox dövlətin hazırkı vəziyyətinin Avropa standartlarına uyğun gəlmədiyini açıqlayıb. Orada vaxtilə süni dövlətlərin yaradılması, Qərblə ayaqlaşmaması həmin dövlətlərin hər birinin siyasi xəritələrinin dəyişməsini zəruri edir. Xalqların öz müqəddaratını təyin etməsi məsələsi də ön plana çəkildiyindən, regionda siyasi xəritənin və sərhədlərin dəyişməsi qaçılmazdır. Artıq bu prosesin reallaşdırılmasına başlanılıb və süni yaradılmış dövlətlər siyahısına İraq, Suriya, İordaniya, Livan, Səudiyyə Ərəbistanı kimi dövlətlərin adı daxil edilib. Məhz son illərdə bu dövlətlərdə yaranan qarışıqlıqların artması da siyasi perimetrin dəyişilməsi yolunda addımların atıldığına sübutdur. Dini ekstremistlər və ya daxili qüvvələr arasında ixtişaşlar, terror aktları və vətəndaş müharibələri miqyasını genişləndirdikdə fövqəl qüvvələr bu bəhanə ilə prosesə müdaxilə edib, masa arxasında yeni dövlətlərin yaradılmasını qanuniləşdirməyə cəhd edirlər. Hazırda kürd dövlətinin yaradılması, Suriyanın dağıdılması, Türkiyənin parçalanması məsələləri gündəmdədir”.
T.Abbasov Türkiyədə baş verən terror aktlarının səbəbini dövlətin müsəlman ölkələrindəki proseslərə müdaxiləsi və onlarla birbaşa həmsərhəd olması ilə əlaqələndirib:
"Türkiyə nüfuzlu və hərbi-siyasi cəhətdən qüvvəli məmləkət olduğundan onun proseslərdə yaxından iştirak etməsi də regionda nüfuzunun daha da artmasına xidmət edir. Buna görə, Türkiyənin müdaxiləsi Qərbdə böyük qıcıq doğurur. Çalışırlar ki, Türkiyədə olan terror təşkilatları rəhbərlərindən, dini ekstremistlərdən istifadə edərək ölkədə parçalanma yaratsınlar. Terrorda əsas vasitə kimi kürd amili istifadə edilir. Avropa ölkələrində çox nüfuzlu kürd icmaları var ki, ideoloji və maddi cəhətdən yüksək hazırlıqlı fəaliyyət göstərirlər. Təsadüfi deyil ki, onlarla televiziya kanalları vasitəsilə Türkiyə ərazisində yayım aparırlar. Bu yayımlarda təxribatyönümlü verilişlər, kürd icmasını hərəkətə keçməyə vadar edən çıxışlar üstünlük təşkil edir. Vaxtilə həllini tapmış problemləri yenidən alovlandırmaqla ölkənin daxilində narazılıq yaradırlar. Türkiyənin siyasi rəhbərləri isə terrorla mübarizədə geri çəkilməyəcəyini bildirir. Lakin bunun izinə düşmək, problemi kökündən həll etmək mümkünsüz dərəcədə çətindir. Buna baxmayaraq təxribatların qarşısında acizlik nümayiş etdirilməməlidir. Türkiyə silahlı qüvvələri və hüquq-mühafizə orqanlarının bu məsələdə çətinliklə olsa belə, ciddi şəkildə tədbirlər həyata keçirəcəyinə inanıram”.
Qeyd edək ki, dekabrın 10-da Türkiyənin İstanbul şəhərində qanlı terror hadisəsi törədilib. Son məlumata görə, partlayış nəticəsində ölənlərin sayı 44-ə çatıb.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
16:01 08.10.2026
Gündəm
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb
15:54 08.10.2026
Hadisə
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
15:31 08.10.2026
Cəmiyyət
Rusiya Ermənistana Fransa ilə bağlı xəbərdarlıq etdi
15:05 08.10.2026
Dünya
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
14:59 08.10.2026
Dünya
Alimləri təəccübləndirən KƏND: Ölümsüzlüyün sirrini tapıblar?
14:57 08.10.2026
Sağlamlıq
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
14:49 08.10.2026
Hərbi