Türkiyəli müəllim “Şərq”in qonağı oldu: muzeylə tanışlıq + Fotolar

Türkiyənin Sivas Cümhuriyyət Universitetinin müəllimi Serap Bozpolat Ayan "Şərq” qəzetinin qonağı olub.
Türkiyəli müəllim "Erasmus” proqramı çərçivəsində Azərbaycana gəldiyini və bir həftə ölkəmizdə qalacağını bildirib:
"Sivas Universiteti ilə Bakı Dövlət Universiteti arasında bir çox anlaşma var. Hazırda doktorluq dissertasiyası üzərində işləyirəm. O səbəbdən də Azərbaycanda bir sıra tədqiqatlar aparıram. Əslində bunun üçün bir həftə kifayət etmir. 
Amma heç olmasa, bu müddət ərzində əlaqələrimi qurmağa çalışıram ki, daha sonra mütəmadi ünsiyyət saxlamaq imkanım olsun. Dissertasiya işində arxiv sənədlərinə ehtiyacım olacaq”.
Redaksiyada qonağı məmnunluqla qarşılayan "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Serap xanıma hər cür köməklik göstərməyə hazır olduğunu və əlindən gələn dəstəyi verəcəyini deyib. 
Baş redaktor qonağı "Şərq” qəzetinin nəzdində yaradılmış Mətbuat Tarixi Muzeyi ilə tanış edərək, muzeydə sərgilənən nadir eksponatlar və mətbu orqanların tarixi ilə bağlı ətraflı məlumat verib. A.Aşırlı müəllifi olduğu bir neçə kitabı da Serap xanıma hədiyyə edib.
İsmayıl