Türkiyənin “F-16” döyüş təyyarəsi qəzaya uğradı, pilot sağ qaldı





Türkiyənin Diyarbəkir vilayətində təlim məqsədi ilə havalanan F-16 döyüş təyyarəsi qəzaya uğrayıb.
"Milliyet”-in xəbərinə görə, insident hərbi aerodrom yaxınlığında qeydə alınıb.Təyyarənin pilotu, atma kreslosundan  istifadə edərək xilas olub. Hadisə yerinə xilasedici qrup cəlb edilib. Pilot xəstəxanaya çatdırılıb.

Araşdırmalara görə, təyyarənin texniki nasazlıq səbəbindən qəzaya uğradığı bildirilir.