"Türksoy" Nəriman Həsənzadəni təbrik etdi

Xalq şairi türk dünyasına xidmətlərinə görə medalla təltif olunub
TÜRKSOY Beynəlxalq Kültür Təşkilatı Xalq şairi Nəriman Həsənzadəni anadan olmasının 85 illiyi münasibətilə xatirə - təbrik plaketi və türk ədəbiyyatı aləminin ödülü olan "Haldun-Taner" medalı ilə təltif edib.
Təbrik məktubunda deyilir:
"Hörmətli Nəriman Həsənzadə! Sizin 85 illiyinizi təbrik edir, Türk dünyasının Mədəniyyəti və ədəbiyyatı sahəsindəki səmərəli fəaliyyətinizə görə təşəkkürümüzü bildirir, uğurla çalışmağınızın davamını arzulayırıq".
Türk dünyasının görkəmli şairi Nəriman Həsənzadənin "Nuru Paşa", "Sözü tara verin" poemaları, "Nabat xalanın çörəyi" povesti, "Sen nasıl sağsın" şeirlər toplusu, eləcə də yaxından tanıdığı dahi türk şairi Nazim Hikmətə həsr etdiyi silsilə şeirləri, xatirə yazıları, müsahibələri Türkiyədə çap olunan qardaş ölkənin Amasiya vilayətindəki qədim "Seyid Həmzə Nigarı" ziyarətgahına həsr etdiyi eyni adlı iri poeması ilə bu yaxınlarda Bakıda çapdan çıxıb.