Üç cinsi orqanla doğulan uşaq əməliyyat olundu





Hindistanın Uttar Pradeş əyalətinin Jaunpur şəhərində üç cinsi orqanla dünyaya gələn iki yaşlı  uşaq əməliyyatla normal həyata döndü.
"Indian Times"in xəbərinə görə, "diphallia" adı verilən sindromla dünyaya gələn körpənin üç cinsi orqanından biri Mumbaidəki Sion xəstəxanasında 6 saat davam edən əməliyyatla götürüldü. Əməliyyatı gerçəkləşdirən Dr. Paras Kothari, körpənin üç cinsi orqanından ikisinin sərtləşmiş toxumalara sahib olduğunu, üçüncüsünün isə tam inkişaf etmədiyini ifadə edərək, uşağın yalnız bir cinsi orqanından istifadə etdiyini bildirib.
Dr. Kothari uşağın doğuşdan bayıra çıxmaq problemi olduğu üçün mədəsinin yanından bir nəcisləmə dəliyi açıldığını söyləyib.
Əməliyyat zamanı uşağın inkişaf etməmiş olan üçüncü cinsi orqanı alınmış, sonra digər iki cinsi orqanı birləşdirilərək tək bir orqan halına gətirilib. Həkimlər, ayrıca uşağın oturacaq nahiyyəsində bir deşik açaraq normal nəcisləmə funksiyasına qovuşmasını da təmin ediblər.