Ukrayna yeni raketini sınaqdan keçirdi




Ukrayna yeni istehsal etdiyi raketi uğurla sınaqdan çıxarıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı öz Feysbuk səhifəsində Ukrayna Prezidenti Pyotr Poroşenko paylaşıb.

Prezident yeni raketin yerüstü hədəfləri məhv etmək üçün hesablandığını bildirib. O, bu raketlərin vertolyot və təyyarələr üçün nəzərdə tutulduğunu bildirib.