Ukraynada azərbaycanlı yeni vəzifəyə təyinat alıb






Birləşmiş Ukrayna Azərbaycan Konqresinin (BUAK) Nikolayev vilayəti üzrə nümayəndəsi Anar Axundov şəhər meriyasında yeni vəzifəyə təyin olunub.

BUAK-dan "Report”a verilən məlumata görə, A.Axundov Nikolayev şəhər merinin millətlərlə iş üzrə baş müşaviri təyin edilib.

Qeyd edək ki, A.Axundov buna qədər Nikolayev vilayəti azsaylı Xalqlar Departamentinin sədri kimi çalışıb.