Ukraynalı deputatlardan şəhid olan media işçiləri ilə bağlı çağırış
15:47 04.06.2021
Arxiv
501
“Birləşmiş Millətlər Təşkilatı (BMT) və Avropa İnsan Haqları Məhkəməsi minalanmış ərazilərin xəritələrinin verilməsi üçün Ermənistana təsir göstərməlidir”.
Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ali Radanın Xalqın Xidmətçisi Partiyasından olan deputatı Lyudmila Marçenko Kəlbəcərdə Azərbaycanın media işçilərinin minaya düşərək vəfat etməsini şərh edərkən deyib.
“Bizim bildiyimiz qədərilə, minalanmış ərazilərin xəritələri mövcuddur, çünki onları tələsmədən, təxminən 30 il ərzində quraşdırıblar. Bu xəritələrin verilməməsi 10 noyabrdakı razılaşmalara ziddir”, - L.Marçenko bildirib.
Ukrayna Ali Radasının deputatı Marian Zablotskiy də hesab edir ki, ərazilərin minalardan təmizlənməsi və piyada əleyhinə minalara qarşı mübarizə məsələlərində BMT strukturları da iştirak etməlidir.
Onun fikrincə, beynəlxalq ictimaiyyət Ermənistandan minalanmış ərazilərin xəritəsini verməsini, öhdəliklərini yerinə yetirməsini və beynəlxalq hüquqa riayət etməsini tələb etməlidir.
Xatırladaq ki, 4 iyun 2021-ci il tarixində saat 11 radələrində xidməti vəzifələrini yerinə yetirmək üçün işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş telekanal və informasiya agentlikləri əməkdaşlarını aparan “Kamaz” markalı sərnişin avtomobilinin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər – AZTV telekanalının operatoru Sirac Abışov, AZƏRTAC İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, Kəlbəcər rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, daha 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya