Uşaq qatillər... - FOTOLAR
07:47 20.05.2021
Arxiv
763
Onların hər biri tarixə damğasını vurub
Dünyada "Bu cinayətləri necə işlətdi?" deyərək, təəccüblə qarşılaşdığımız bir çox qatillər var. Ancaq bu yazıda təəccüblənəcəyimiz ən önəmli fakt qatillərin yaşlarıdır. Yəni yaşlarıyla və işlətdikləri cinayətlərlə tarixə damğa vurmuş uşaq qatillər. Bəs görəsən, bu uşaqları qatil edən səbəblər nələr idi? Bu uşaqlar doğduqları ilk gündə qatil idilər, yoxsa cəmiyyət onları qatil etdi?
"Şərq"olaraq onların bir neçəsini təqdim edirik:
1. Katerina və Kurtis: Bəlkə də ailələri onların yanlarında olsaydı aqibətləri belə olmayacaqdı. Belə ki, bir gün 13 yaşlı Katerina özündən balaca olan qardaşı Kurtisə bir müddətdir ki, qohumları tərəfindən təcavüzə məruz qaldığını deyir. Anaları tərəfindən illər öncə tərk edilən bu iki uşaq vəziyyəti atalarına və ögey analarına danışmaq qərarına gəlirlər. Lakin nə ata, nə də ki, ögey ana uşaqların dediklərinə inanır. 1999-cu ildə uşaqlar susqunluqlarını tamamilə pozaraq atasının silahından evdə valideynlərinə atəş açırlar. Ögey anaları elə yerindəcə həyatını itirir. Bu hadisədən sonra onlara 18 il həbs cəzası kəsilir. Həyatlarının qalan hissəsini isə nəzarət altında keçirməyə məhkum edilirlər.
2. Andrey Qolden ve Miçel Conson: 13 yaşında olarkən Miçel daim məktəbdə dostları tərəfindən lağa qoyulurdu. Bu durumdan təngə gələn Miçel bir gün 11 yaşlı əmisioğlu Andreydən dostlarını qorxutmaq üçün kömək istəyir. Ailə problemi yaşayan bu iki əmiuşağı ailəsinin ov tüfənglərini götürür. Miçel isə atasının mikroavtobusunu qaçırdır. 1998-ci ilin qaranlıq bir günündə cütlük tüfəngləri ilə Arkansasdakı məktəbə gedirlər və məktəbdə yanğın siqnalını işə salırlar. Bundan sonra onlar sinifdən qaçan insanlara bir-bir atəş açmağa başlayırlar. Hadisə nəticəsində Miçel dörd sinif yoldaşını və bir müəllimini öldürür.
3. Kristina Fernandes: 1999-cu ildə 12 yaşlı Bianella Susana təcavüzə məruz qalır. Təcavüz nəticəsində o hamilə qalır və 9 ay sonra Kristian Fernandes dünyaya gəlir. İki il sonra Kristian Fernandes Florida küçələrində çılpaq formada tapılır. Bu vaxt onun nənəsi qanunsuz dərman almaqla məşğul idi. Kristian bütün həyatı boyu cinsi və emosional istismara məruz qalır. Cəmi 8 yaşında olarkən məktəbin həyətində bir heyvanı öldürür. Məktəb onun ailəsinə 8 yaşında bir uşağın belə şeylər etməməsini və fərqli davranışlarının olması barədə xəbərdarlıq edir. Lakin ailəsi deyilənlərə əhəmiyyət vermir. 1991-ci ildə o və 2 yaşlı kiçik qardaşı ilə birlikdə anası tərəfindən tərk edilir. Bundan sonra Kristian qardaşını döyərək öldürür. Bu qətldə Kristian anasını günahlandırırdı.
4. Lionel Teti: 12 yaşlı Lionel Teti güləş həvəskarı idi. 1999-cu ildə bir gün televizorda Dvayne Consonun bir neçə güləş hərəkətini görür və onu 6 yaşında Tiffani Eunik üzərində sınamağa qərar verir. Lionel Tiffaniyə o qədər yüklənir ki, bu çəki 6 yaşlı Tiffanini öldürür. İki il sonra Lionel ömürlük həbs cəzasına məhkum edilir. Məhkumluğunun üçüncü ilində cəzası ləğv edilir. 2004-cü ildə ev dustağı və 10 illik həbs şərti ilə sərbəst buraxılır. Lakin onun sərbəst buraxılması uzun sürmür. Belə ki, 2006-cı ildə pizza verən adamı soyduğu üçün yenidən həbsxanaya qayıtmalı olur.
5. Karl Nevton Mahan: O varlı bir ailənin oğlu idi. Karl dostu ilə bir şeylər tapıb, onu sataraq pul qazanmağa çalışırdılar. 1929-cu ilin mayın 18-də Karl və 8 yaşlı dostu Kekil bir metal parçası tapırlar və satmağa qərar verirlər. Lakin sonra aralarında bir mübahisə düşür. Kekil həmin metalla Karlın üzünə vurur. Bir çox uşaq kimi valideynlərinə ağlamaq və şikayət etmək əvəzinə Karl evə qaçaraq atasının silahını götürüb geri qayıdır. Silahı Kekilin üstünə tutaraq "Səni vuracağam" deyir. O, dediyi sözünə əməl edir və tətiyi çəkir. Dostu hadisə yerindəcə ölür. Məhkəmə 6 yaşlı oğlanla nə edəcəyini bilmir və onu ailəsinə təhvil verərək islahatlar məktəbinə göndərməyə qərar verir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar ləğv olunub
15:34 06.02.2026
Ölkə
Ukrayna ordusu hücuma keçdi
14:59 06.02.2026
Dünya
“İrana qarşı növbəti hərbi ssenari gözlənilir” - Zərdüşt Əlizadə
14:51 06.02.2026
Siyasət
Əli Kərimlinin həbsdə olan mühafizəçisi ifadə verdi
14:39 06.02.2026
Cəmiyyət
ABŞ-ın vitse-prezidenti fevralın 9-da Ermənistana səfər edəcək
14:38 06.02.2026
Dünya
Dünya bazarında quş ətinin qiyməti artıb
14:14 06.02.2026
İqtisadiyyat
İranla müharibə hazırlığı: Bölgəyə canlı qüvvə və silah daşınır
14:04 06.02.2026
Dünya
Rusiya ordusu sərhəd kəndini ələ keçirdi
13:47 06.02.2026
Dünya
Rus generalına sui-qəsd: Moskvada gərginlik
13:30 06.02.2026
Hadisə
Azərbaycan və Ermənistan arasında birbaşa dəmir yolu olacaq
13:16 06.02.2026
Gündəm
Brilliant Dadaşova: “Mahnımı gürcü adı ilə yayırlar!”
13:15 06.02.2026
Mədəniyyət
Lavrov: ATƏT dərin böhran içindədir
13:13 06.02.2026
Gündəm
SEPAH meydan oxudu: ABŞ səhvə yol versə, İranın cavabı qəti olacaq
12:47 06.02.2026
Dünya