ÜST-dən Əfqanıstandakı vəziyyətlə bağlı BƏYANAT
13:37 24.08.2021
Arxiv
533
Əfqanıstanın tibb müəssisələrində dərman ehtiyatı tükənir.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Əfqanıstandakı nümayəndəsi Əhməd Əl-Mandhari bildirib.
Onun bəyanatı təşkilatın saytında dərc olunub.
Həmçinin, ölkədə daxili miqrasiyanın artması, Kabil hava limanının ətrafında və daxilində iğtişaşlar səbəbiylə əfqanıstanlılar arasında COVID-19-un yayılma riski artır. Əgər Əfqanıstanı yeni koronavirus dalğası bürüyərsə, ÜST-ün ehtiyatında olan dərmanlar maksimum bir həftə kifayət edəcək.
Əl-Mandhari onu da bildirb ki, “Taliban” Əfqanıstanda hakimiyyəti ələ keçirəndən sonra ilk günlərdə bir çox xəstəxana ehtiyacı olanlara tibbi xidməti müvəqqəti olaraq dayandırıb.
İndi tibb müəssisələrinin işi bərpa edilib, taliblər tibb işçilərinin vəzifələrinə qayıtmasına icazə verib. Bir çox qadın işə davam edir, lakin bəziləri evlərini tərk etməkdən qorxur.
İndi BMT Əfqanıstana yardım etmək üçün humanitar missiyasının işini bərpa etməyə davam edir. Bunun üçün təşkilatın nümayəndələri “Taliban” liderləri ilə əlaqə yaradırlar. Lakin onların çoxu hazırda Əfqanıstanın xaricindədir və bu da danışıqlar prosesini çətinləşdirir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi
Azərbaycan XİN Milli Günü münasibətilə Əlcəzairi təbrik etdi
11:11 01.11.2026
Gündəm
Tramp və Netanyahu arasında telefon danışığı olub
10:52 01.11.2026
Dünya
Uşaqlarda qulaq ağrısını kiçik saymayın: İltihabının əlamətləri
10:15 01.11.2026
Sağlamlıq
Tramp Avropadakı iğtişaşlarla bağlı diqqətçəkən paylaşım edib
09:56 01.11.2026
Dünya
Səfir: Danimarka ABŞ üçün internet trafikini ələ keçirir
09:21 01.11.2026
Dünya
Avropanı bürüyən "YANĞIN" Trampı narahat etdi
09:09 01.11.2026
Gündəm
"Substansiya" filminin ulduzu üç illik evliliyini bitirir
08:53 01.11.2026
Şou
Yaşlanmağı qəbul eləmək 7 il ömrü uzadır
08:34 01.11.2026
Sağlamlıq
Kimin evində varsa, bəxti gətirdi
08:07 01.11.2026
Ölkə