Vahid Əhmədov: "Bank sektorunda vəziyyət ağırdır"



Azərbaycanda "Əmanətlərin tam sığortalanması haqqında" qanunun qüvvədə olma müddəti artırılmalıdır".

Sherg.az xəbər verir ki, bu təklifi millət vəkili Vahid Əhmədov parlamentin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, hazırda qüvvədə olan qanun gələn ilin mart ayında qüvvədən düşəcək:

"Bu qanun əmanətlərin 3 il müddətində tam sığortalanmanı nəzərdə tuturdu. Müddət də gələn ilin martında yekunlaşır. Xahiş edirəm ki, müraciət edilsin, ölkə prezidenti sənədin müddətini uzatsın. Çünki bank sektorunda vəziyyət ağırdır".

Deputat vurğulayıb ki, müddətin uzadılmaması əhalinin banklardan əmanətlərini geri çəkməsi ilə nəticələnə, banklarda kapitallaşma ilə bağlı problemlər yarada bilər: "Onsuz da ağır vəziyyətdə olan bank sektorunda vəziyyət daha da ağırlaşa bilər”.

Anar