“Açıq danışaq, niyə torpaqlarımızı müharibə yolu ilə azad edə bilmirik? Çünki Rusiya buna imkan vermir”
“Vallah, dərdimiz böyükdür...”
Tahir Kərimli: “Tale bizə erməni kimi mənfur qonşu və ona havadarlıq edən ikiüzlü Rusiya qismət edib”
“Açıq danışaq, niyə torpaqlarımızı müharibə yolu ilə azad edə bilmirik? Çünki Rusiya buna imkan vermir”
“Açıq danışaq, niyə torpaqlarımızı müharibə yolu ilə azad edə bilmirik? Çünki Rusiya buna imkan vermir”
Rusiya iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində baş verən təxribata münasibət bildirib. Putinin mətbuat katibi Dmitri Peskov Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribatı belə şərh edib: "Biz bütün tərəfləri təmkinli olmağa və mövcud razılıqlara riayət etməyə çağırırıq”.
Xatırladaq ki, bir neçə gün bundan qabaq Rusiya XİN sözçüsü Mariya Zaxarova oxşar bəyanatla çıxış edib. O, münaqişə tərəflərini vəziyyəti stabilləşdirmək üçün lazımi tədbirləri görməyə çağırıb. İctimaiyyət nümayəndələri erməni silahlıları tərəfindən 2 yaşlı Zəhranın öldürülməsinə səssiz qalan, sadəcə quru bəyanatlar verən, bir dəfə də olsun işğalçı dövlətə irad bildirməyən Moskva hökumətini sərt dillə tənqid ediblər. Onların fikrincə, əksər ölkələrin hadisəyə kəskin reaksiya verməsinə baxmayaraq, proseslərə ən yaxşı bələd olan şimal qonşumuzun "bitərəf” qalması düşmənin dəstəklənməsindən başqa bir şey deyil.
Məsələ ilə bağlı "Şərq”ə danışan millət vəkili Tahir Kərimli deyib ki, 4 iyul hadisəsinə reaksiyalar obyektiv zəmində baş verib. Deputatın sözlərinə görə, Azərbaycan tərəfi ermənilərin qətlə yetirdiyi 2 yaşlı körpəni alver obyektinə çevirməyib, sadəcə düşmənin azğın hərəkətini dünya ictimaiyyətinin diqqətinə çatdırıb:
"Prezident İlham Əliyev beynəlxalq aləmə müraciət edərək dünya ictimaiyyətinin qanlı olaya münasibət bildirməsini tələb etdi. Fikrimcə, 2 yaşlı Zəhranın öldürülməsi ilə bağı verilən açıqlamaların hamısı tam obyektiv idi. Mülki sakinlərin hədəf seçilməsindən sonra sərgilənən mövqe göstərdi ki, az da olsa ədalətsizliyə reaksiya verilir. Məsələn, ABŞ-ın bəyanatında bizi nisbətən qane edən məqamlar da oldu. Ancaq bir şeyi yaddan çıxarmaq olmaz. Heç bir Qərb ölkəsi və ya siyasətçisi konkret olaraq "Ermənistan işğalçıdır” demədi, düşmən ölkəni təqsirkar saymadı. Halbuki onlar çox yaxşı bilirlər ki, regiondakı bütün problemlərin qaynağı Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsidir”.
Millət vəkili bildirib ki, indiki məqamda Rusiyanı heç cür bağışlamaq olmaz:
"Azərbaycan tərəfi əlindən gələni edir ki, Rusiya ilə normal münasibətlər qursun. Əslində ümid edir ki, Rusiyanın Türkiyə ilə münasibətləri fonunda, öz içində 25 milyondan artıq müsəlman-türk xalqlarının yaşadığının fərqinə varsın və Azərbaycanla normal əlaqələr qurmağa meyl etsin. Təəssüflər olsun ki, Moskva süni yaratdığı erməni dövlətini himayə etməkdən əl çəkmir. Hətta yeri gəldikdə ciddi saxtakarlıqlara yol verir. Kreml iddia edir ki, vaxtı ilə Osmanlıdan çəkinərək, Gürcüstan və Ermənistan dövlətini qurub. Gürcüstan 1801-ci ildə Çar Rusiyası ilə könüllü ittifaq bağlayıb. Bəs Ermənistan adlı dövlət hardan çıxdı? Bu qondarma ölkəni ruslar çox sonradan yaradıblar və ondan öz məqsədləri üçün istifadə ediblər. Bu da onu göstərir ki, Moskva istənilən dövrdə Azərbaycanı deyil, özünün əlaltısı - vassal Ermənistanı dəstəkləyəcək. Qafqazda, müsəlman dünyasının göbəyində xristian bir "dövlətin” yaradılması da məhz məkirli planın tərkib hissəsidir”.
T.Kərimli bəyan edib ki, ruslar üçün ən əziz xalq ermənilərdir. Bu reallığı qəbul etmək lazımdır:
"Sıravi rusların içində ermənilərə nifrət edənlər çoxdur. Yadımdadır, keçən il Rusiyada ruslar və gürcülər deyirdilər ki, "azərbaycanlılar bizə xeyir verirlər, faydalı işlərlə məşğul olurlar, lakin ermənilər parazitlik edir”. Əslində rus xalqı həqiqəti görür, ermənilərin həyasızlığını bilir, ancaq Rusiyanın imperiya ambisiyaları ermənilərin himayə edilməsini şərtləndirir. Açıq danışaq, niyə torpaqlarımızı müharibə yolu ilə azad edə bilmirik? Çünki Rusiya buna imkan vermir. Moskvanın açıq şəkildə erməni tərəfini dəstəkləyəcəyindən ehtiyat edirik. Ola bilər, dövlət qurumları açıq şəkildə bunu bəyan etmirlər, ancaq siyasi xadimlər, QHT-lər və media orqanları bunu dilə gətirməlidir”. Deputatın sözlərinə görə, Rusiya bir kəlmə sözlə də olsa ermənilərin əleyhinə danışmadı: "Erməni işğalçıları rusların köməyi ilə Qarabağı zəbt etdi, nəticədə ermənilər müharibəyə başladı və qan tökdülər. Ancaq o vaxt Moskvanın səsi çıxmadı. İndi Azərbaycan haqlı olaraq ərazilərini azad etmək istəyir, Kreml isə deyir ki, "müharibəyə başlamayın, məsələni dinc yolla həll edin”. Rusiya ermənilərin ölüm xəbərini eşitmək istəmir. Vallah, dərdimiz böyükdür, tale bizə erməni kimi mənfur qonşu və ona havadarlıq edən ikiüzlü Rusiya qismət edib”.
İsmayıl