Vaqif Əsədov ittihamlara cavab verdi
11:06 20.06.2017
Arxiv
444
Jurnalistlər üçün inşa edilən binadan ev almaq istədiyi deyilən Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovun iddia olunan Bakı şəhəri, "NZS" qəsəbəsindəki dəbdəbəli villasının görüntüləri ölkə.az-da yayılıb. Məsələ ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovun özünə müraciət etdik.
Sherg.az-ın xəbərinə görə,Vaqif Əsədov oxu.az-a açıqlamasında bildirib ki, onun evinin olması ilə bağlı yayılan məlumatlar şayiədir: "Mənim evim yoxdur. Məni tanıyan və ətrafımda olanların hamısı bilir ki, mən harada və kimin evində yaşayıram. Sosial şəbəkələrdə haqqımda yazılanlar ürək bulandırmadan, paxıllıqdan başqa bir şey deyil".
Vaqif Əsədov sosial şəbəkələrdə yayılmış və onun olması iddia olunan villanın şəkillərinə də münasibət bildirdi. Onun sözlərinə görə, şəkilləri yayılmış villa, əslində, yəhudi dostlarınındır və ona heç bir aidiyyəti yoxdur.
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi jurnalistlər üçün inşa edilən binadan ev almaq istədiyini də gizlətməyib.
"Hesab edirəm ki, evlər ada görə yox, xidmətlərə və əməyi olanlara verilməlidir. Mən də neçə illərdir ki, mətbuat sahəsində çalışıram. Bu sahədə xidmətlərim varsa, niyə də ev üçün müraciət edənlərdən biri olmayım?"
Vaqif Əsədov, həmçinin onun haqqında mənfi məlumatlar yayan saytlara da müraciət etdi: "Deyəsən, yay fəsli mediada mövzu qıtlığı yaradıb. İndi belə xəbərlər yaymaqla ictimaiyyətin diqqətini cəlb etmək istəyirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Akademik Zərifə Əliyevanın anım günüdür
00:02 15.04.2026
Gündəm
Vaşinqtonda İsrail-Livan danışıqları başa çatıb - YENİLƏNİB
23:20 14.04.2026
Gündəm
Bulvarda gülləri əzənlər bloqerlər imiş - ADLAR
22:25 14.04.2026
Cəmiyyət
“Kefsizsənsə işə gəlmə" izni - BİR İLK
22:02 14.04.2026
Cəmiyyət
Bakının bir sıra yollarında sürət həddi endirildi
22:00 14.04.2026
Cəmiyyət
Zelenski Aİ liderləri ilə müharibəni müzakirə edəcək
21:47 14.04.2026
Dünya
Tramp: 2 gün ərzində nəsə baş verə bilər
21:26 14.04.2026
Gündəm
Oğulları ilə problem istirahətə mane olmur
21:05 14.04.2026
Şou
Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
20:23 14.04.2026
Sosial
Tramp Orbanın məğlubiyyətindən məyus olub
19:37 14.04.2026
Dünya
Türkiyənin ən uğursuz olduğu sahə təhsildir - Murat Anar
19:28 14.04.2026
Elm və Təhsil
ABŞ-İran danışıqların növbəti raundunun keçiriləcəyi yer bəlli oldu
19:20 14.04.2026
Dünya
Tramp: Roma Papası başa düşmür ki, İranda 42 min etirazçı öldürülüb
19:19 14.04.2026
Dünya
Tramp növbəti dəfə NATO-nu ittiham edib
18:57 14.04.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə atəşkəsi müzakirə edib
18:54 14.04.2026
Gündəm