Vaşinqtonda atışma: yaralanan var





ABŞ paytaxtı Vaşinqtonda "McDonalds” restoranında atışma olub. APA-nın "Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, insident nəticəsində bir nəfər yaralanıb.
Onun xəstəxanaya çatdırıldığı bildirilir. Hadisənin təfərrüatları hələ ki, məlum deyil.
İnsident Vaşinqtonun mərkəzində, məşhur "Verizon Center” mərkəzinin yaxınlığında baş verib.