Vergilər Nazirliyi 5 nəfəri həbs etdi - SƏBƏB
07:27 11.05.2018
Arxiv
389
Vergilər Nazirliyi pərakəndə ticarət müəssisələrində aksiz markasız və ya saxta aksiz markalı məhsulların satışı hallarının aradan qaldırılması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Nazirlikdən "Ölkə.Az"-a verilən məlumata görə, bu yaxınlarda paytaxt ərazisində yerləşən, alkoqollu içkilərin və tütün məmulatlarının satışı sahəsində ixtisaslaşdırılmış 15 ticarət obyektində vergi nəzarəti tədbirləri keçirilib və bu zaman qeyri-qanuni olaraq külli miqdarda aksiz markası ilə markalanmamış və saxta aksiz markaları ilə markalanmış məhsulların satışının aparılması faktları aşkar edilmişdi.
Ölkəyə qeyri-qanuni yolla idxal olunanaksizsiz malların reallaşdırılması ilə məşğul olan cinayətkar qruplar geniş şəbəkə yaradaraq, ticarət şəbəkələrini belə məhsullarla təchiz etmək üçün məhsulların müxtəlif çatdırılma üsullarını yaradır, bu məhsulların satışı üçün köşklərdən istifadə edir, bir çox hallarda belə məhsulları ticarət şəbəkəsinin özündə deyil, yaxınlıqda saxlanılan nəqliyyat vasitələrində və gizli saxlanc nöqtələrində gizlədirlər.
İsti izlərlə aparılan əməliyyat tədbirləri nəticəsində ticarət şəbəkələrini saxta məhsullarla təchiz edən əsas saxlanc anbarlarından birinin yeri müəyyən edilib. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivində yerləşən B.Hüseynova məxsus fərdi yaşayış evində 40.672 qutu aksiz markasız tütün məmulatları aşkar olunaraq götürülüb.
Bundan başqa, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən Bakı şəhərinin Qaradağ rayonunun Sahil və Lökbatan qəsəbələrində, eləcə də Abşeron rayonunun Xırdalan şəhərində və Sumqayıt şəhərində aparılan müşahidələr zamanı əsasən avtobus dayanacaqlarındakı köşklərdə aksizsiz məhsulların satışının həyata keçirilməsi halları müəyyən edilib. Müşahidələr əsasında yeri müəyyən edilmiş 29 ticarət obyektində aparılmış vergi nəzarəti tədbirləri zamanı qeyri-qanuni olaraq xeyli və külli miqdarda aksiz markası ilə markalanmamış məhsulların satışının aparılması və satış məqsədilə saxlanması faktları öz təsdiqini tapıb. Həmin obyektlərdən 18.500-dən yuxarı aksiz markası olmayan tütün məmulatları aşkar edilərək götürülüb.
Faktlarla bağlı Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində Cinayət Məcəlləsinin 213-1.1-ci (Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə), 213-1.2.1 (eyni əməllər külli miqdarda törədildikdə), 213-1.2.3 (eyni əməllər qabaqcan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 213-1.4 (Bu Məcəllənin 213-1.3-cü maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi başlanılıb və Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin qərarı əsasında B.Hüseynov və onun ortağı Y.Əhmədov, ticarət köşkləri səbəkəsinin sahibləri olan H.Məhyəddinov, T.Nəcəfov və A.Rüstəmov barəsində həbs qətimkan tədbiri seçilib.
Aksiz markasız və saxta aksizli malların satışını həyata keçirən cinayətkar şəbəkənin ifşa olunması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial
Cemre Baysel futbolçu ilə eşq yaşayır?
06:26 05.11.2026
Şou
Şokolad və ya qəhvə deyil: Depresiyadan çıxaran qida bəlli oldu
05:50 05.11.2026
Maraqlı
AnTuTu oktyabr ayının ən güclü Android telefonlarını açıqladı
05:15 05.11.2026
Texnologiya