VƏSİYYƏTİ QƏBUL EDİLDİ: 2-ci Abdulhəmidin nəvəsi İstanbulda son mənzilə yola salınacaq




Fransanın paytaxtı Parisdə 87 yaşında vəfat edən 2-ci  Abdulhəmidin qızı Fatma Naimənin nəvəsi Bülent Osman fevralın 14-də, çərşənbə axşamı günü İstanbulda dəfn ediləcək.

Sherg.az "Milliyyət"ə istinadən xəbər verir ki, ailənin vəkillərindən Ayşegül Toppuz dəfn mərasimi ilə bağlı  türk mediasına açıqlama verib. O, şərhində Bülent Osmanın, Fatma Naimənin oğulu Cahit Osmanın uşağı, eyni zamanda Qazi Osman Paşanın oğulu Kemalettin Paşanın da nəvəsi olduğunu söyləyib.

Bülent Osman son vəsiyyətində  Qazi Osman Paşanın ziyarətgahı olan Fateh məscidində  dəfn olunmasını arzu edib. Həyat yoldaşı Jeannine Osmanın  bu diləyi Baş nazir Binəlı Yıldırıma çatdırdığı və icazənin alındığını ifadə edən Toppuz, "Çərşənbə axşamı Fateh Məscidində cənazə namazı qılınacaq və oraya dəfn ediləcək." deyib.