
"Vətəndaşlara mal-qara verilməsi məsələsi bu işdən başı çıxanlara tapşırılmalı idi" - Ekspert
13:27 21.05.2019
Arxiv
905
"Ölkədə qüsursuz işləyən «ASAN Xidmət» sektorudur. İndi neyləyək, bütün işləri «ASAN»a tapşıraq?!"
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünüməşğulluq proqramı çərçivəsində ötən ilin payızından etibarən işsiz və işaxataran vətəndaşlara mal və materialların paylanmasına başlayıb. İlk növbədə sərhədyanı bölgələrdə yaşayan əhali təmin edildi.

Məcburi köçkünlər, əlilliyi olan şəxslər, hərəkət imkanları məhdud övladları olan ailələr, aztəminatlı ailələrə öz təsərrüfatlarını yaratmaq üçün iri və xırda buynuzlu mal-qara paylandı. Aylar keçdi və narazılıq başladı. Vətəndaşlardan bəzisi onlara paylanmış mal-qaranın xəstə və qısır olduğunu deyir. Yəni, deyirlər, keyfiyyətsiz mal-qaradır. Nazirlik isə şikayətlərə baxdığını və mal-materialların yararsızlığı təsdiqləndiyi təqdirdə dəyişdirildiyini, yeniləndiyini bildirib.
Məsələyə münasibət bildirən iqtisadçı Fuad İbrahimov «Şərq»ə açıqlamasında problemin insan amilinə dayandığını bildirdi:
- Problem yalnız insan faktoruna bağlıdır. İnsna faktoru da vicdanlı yanaşmadan asılıdır. Bəli, bu özünüməşğulluq proqramı stimullaşdırıcıdır. Kəndlini kəndə bağlamaq üçün təsirli vasitədir. Kənd təsərrüfatının inkişafı bölgələrdə fermer təsərrüfatlarının inkişafına da bağlıdır. Bunun üçün də gərək kəndli əksin, becərsin və məhsulunu satışa çıxara bilsin. Həmçinin də, heyvandarlığın inkişafı üçün də kəndlinin mal-qara qismində maddi təminatı olmalıdır. Kəndlinin təsərrüfatla məşğul olması üçün gərək həvəsləndirəsən. Heyvanları kəndliyə paylayırlar, amma görürük ki, narazılıqlar da var. Bunun səbəbi odur ki, proqramın icra mexanizmi düzgün işlənməyib. Bizdə proqnozlar, planlaşdırma, hesablama, araşdırma, monitorinq və sair sahələrdə problem yoxdur. Ehtiyaclı təbəqəni düzgün müəyyən edirlər, nə qədər əhaliyə yardım edilməlidir, hansı yardımlar edilməlidir, bunların hamısı bilinir. Amma iş icraya gələndə axsamalar başlayır. Vətəndaşlara mal-qara verilməsi məsələsi də bu işdən başı çıxanlara tapşırılmalı idi. ƏƏSM nazirliyində kim məşğul olur, bu işlə? Bəlkə o adamlar heç heyvanların cinsini düzgün təyin edə bilmirlər. Ona görə də problem ortaya çıxır. Bu proqramın icrası üçün mexanizm düzgün qurulmalıdır. Hələ ki, bizim ölkədə qüsursuz işləyən «ASAN Xidmət» sektorudur. İndi neyləyək, bütün işləri «ASAN»a tapşıraq?!. İcra mexanizmi düzgün qurulursa, mal-qaranın alınması, təyinatı üzrə çatdırılması və paylanması da işində axsamalar olmaz.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İstiqlalçı professor Hacıbaba Əzimov vəfat edib
20:36 16.05.2026
Gündəm
Türk dünyasında yeni dövr başlayır - TƏHLİL
20:19 16.05.2026
Gündəm
Moskvaya uçan 20 dron vurulub
19:53 16.05.2026
Dünya
Putin BƏƏ prezidenti ilə İran ətrafındakı böhranı müzakirə edib
19:22 16.05.2026
Dünya
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya