Qonaq qismində dəvət olunmuş BŞBPİ-nin Veteranlar Şurasının sədri Emin Məmmədov, Nərimanov RPİ-nin Veteranlar Şurasının sədri 84 yaşlı Paşa Kərimov və Xətai RPİ Veteranlar Şurasının sədri Nazim Xıdırov polis orqanlarının rəhbərlərinin veteranlarla işə verdikləri önəmin faydasından söz açıblar, xidmətdə olan həmkarlarımıza cinayətkarlıqla mübarizədə, asayişin qorunmasında yaradılmış şəraitdən, ali diqqət və qayğıdan məmnunluğunu bildiriblər.
Veteranlar polis rəisinə "Şıxlınski" medalı verdi
08:28 05.07.2017
Arxiv
470
Yeni istifadəyə verilən Xətai Rayon Polis İdarəsinin inzibati binasında polis veteranları ilə gənc əməkdaşların görüşü keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sherg.az-a verilən məlumata görə, idarənin rəisi, polis polkovniki Muradəli Babayev Azərbaycanın sabitlik adası kimi bütün dünyanın diqqət mərkəzində olduğunu və məhz bunun nəticəsi olaraq beynəlxalq tədbirlərin, idman yarışlarının ölkəmizdə keçirildiyini, dilindən, dinindən aslı olmayaraq hər kəsin sülh və əmin-amanlıq şəraitində yaşadığını, mültikultiralizmin insanları birliyə və bərabərliyə çağıran ən ali dəyər kimi qorunub-saxlanıldığını da diqqətə çatdırıb.
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi, polis polkovniki Əli Vəliyev deyib ki, bu gün respublikada polis veteranı hərakatını gücləndirmək, ölkədə əmin-amanlığın qorunmasını, cinayətkarlığa qarşı qətiyyətli mübarizəni təmin etmək, cəmiyyətdə polis haqqında müsbət rəyin formalaşmasında iştirak etmək, onların təcrübəsindən yararlanmaq, eləcə də onların öz problemlərinin həllində kömək göstərmək məqsədilə görülən tədbirlər DİN rəhbərliyinin xüsusi nəzarətindədir.
DİN Veteranlar Şurasının sədri Fərhad Süleymanov belə tədbirlərin keçirilməsində xüsusi həssaslıq göstərən, həm peşə borcuna sadiq olan, həm də vətəndaş mövqeyi nümayiş etdirərək cəmiyyətdə baş verən bəzi neqativ halların qarşısının alınmasında, xüsusilə də DİN rəhbərliyinin diqqət yetirdiyi əsas prioritetlərdən biri kimi gənclərlə işin qurulmasında polis veteranlarının təcrübəsindən yararlanan, mütəmadi olaraq, məktəblərdə, müxtəlif əmək kollektivlərində belə vacib görüşlər təşkil edən İdarə rəisinə öz təşəkkürünü bildirib.
Qonaq qismində dəvət olunmuş BŞBPİ-nin Veteranlar Şurasının sədri Emin Məmmədov, Nərimanov RPİ-nin Veteranlar Şurasının sədri 84 yaşlı Paşa Kərimov və Xətai RPİ Veteranlar Şurasının sədri Nazim Xıdırov polis orqanlarının rəhbərlərinin veteranlarla işə verdikləri önəmin faydasından söz açıblar, xidmətdə olan həmkarlarımıza cinayətkarlıqla mübarizədə, asayişin qorunmasında yaradılmış şəraitdən, ali diqqət və qayğıdan məmnunluğunu bildiriblər.Gənc əməkdaşlar adından çıxış edən polis kapitanı Günel Həsənova özünün də polis ailəsində doğulduğunu, kiçik yaşlarından bu peşənin çətinliklərinin şahidi olduğunu, lakin vətənə, xalqa və dövlətçiliyə xidməti ilə qürur duyduğunu bildirib.
Sonra digər çıxış edənlər bu tədbirin veteranlarla gənc əməkdaşlar arasındakı bağlılığın daha da möhkəmlənməsinə xidmət etdiyini deyiblər.
Daha sonra Respublika Veteranlar Şurası adından polis polkovniki M.Babayevə "Əliağa Şıxlinski” medalı təqdim olunub.
Tədbirə yekun vuran rəis, polis polkovniki Muradəli Babayev daxili işlər orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsində, hüquqi biliklərin təbliğində, cinayətlərin açılmasında, profilaktikasında, təhlükəsizliyin təminində veteranların təcrübəsindən, ictimai nüfuzundan, bilik və bacarıqlarından bundan sonra da yararlanacaqlarını vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya