Vəzifəli şəxslər xəstəliyə niyə tez tutulur?- MARAQLI CAVAB





Karyera sağlamlığa ziyan vurur.

Sherg.az xəbər verir ki, Böyük Britaniya alimlərinin gəldiyi qənaətə görə, vəzifə pillələri ilə irəliləyiş təkcə fərəh və çox qazanmaq imkanı yaratmır. Həm də sağlamlığa əməlli-başlı ziyan vura bilər.

Tədqiqatlar həmçinin göstərir ki, daha məsuliyyətli iş təkcə insanın sağlamlığını korlamır, həm də onun təbii tələbatlarının yerinə yetirilməsinə mane olur. 

İnsan həkimin yanına az gedir, tədqiqatçıların təsdiqlədikləri kimi, bu hal fərəh doğurmamalıdır. Axı karyeraçılar bunu sağlam olduqlarından deyil, vaxt qıtlığından edirlər. Və heç nə vəzifəcə yüksələnlərin sağlamlığının yaxşılaşdırılmasına dəlalət etmir.