Bu məsələdə Səhiyyə Nazirliyinin məsuliyyətinə gəlincə, S.Cəlaloğlu diqqətə çatdırıb ki, nazirlik özəl apteklərin açılmasına şərait yaratmalıdır:
"Vəzifəli şəxslər Xızıda villalar tikə bilir, amma aptek yox ! "
11:00 26.10.2017
Arxiv
772
Sərdar Cəlaloğlu: "Bu məsələdə rayon icra hakimiyyətinin səhlənkarlığı göz önündədir"
Bu məsələdə Səhiyyə Nazirliyinin məsuliyyətinə gəlincə, S.Cəlaloğlu diqqətə çatdırıb ki, nazirlik özəl apteklərin açılmasına şərait yaratmalıdır:
" XXI əsrdə Azərbaycanın hər hansı kəndində aptek yoxdursa, bu, ölkədə səhiyyə sisteminin nə dərəcədə zəif olduğunun göstəricisidir”.
Bunu "Sherg.az”a Xızı rayonunda bir dənə də aptekin olmamasından danışarkən Azərbaycan Demokrat Partiyasının sədri, həkim Sərdar Cəlaloğlu deyib.
O bildirib ki, bu, dövlətin konstitusiyasında nəzərdə tutulmuş, vətəndaşların sağlamlıq hüququna dövlətin təminat verməməsinin bariz nümunəsidir:
"Çünki həmin rayonda elə xəstə ola bilər ki, təcili dərman lazım olsun. Xızıdan Sumqayıta, Bakıya gəlmək üçün 2 saat, bəlkə də çox vaxt lazımdır. O zamana qədər xəstə ölə bilər.
Bu məsələdə rayon icra hakimiyyətinin səhlənkarlığı göz önündədir. Necə ola bilər ki, indiyə qədər o rayonda minlərlə istirahət zonası tikilib, vəzifəli şəxslər özünə villalar tikib, amma aptek açmaq heç kəsin ağlına gəlməyib? Bu həqiqətən çox qəribədir. Xəstəxanaların və ya apteklərin fəaliyyəti adambaşına görə nəzərdə tutulub. Bəzi yerlərdə insanlar az yaşayır, amma tibbi məntəqələrə, apteklərə böyük ehtiyac var. Ona görə, mən bu hadisəni Azərbaycan səhiyyəsinin üz qarası kimi qiymətləndirirəm”.
Bu məsələdə Səhiyyə Nazirliyinin məsuliyyətinə gəlincə, S.Cəlaloğlu diqqətə çatdırıb ki, nazirlik özəl apteklərin açılmasına şərait yaratmalıdır:"Apteklərin əksəriyyəti özəldir. Görünür, burada lisenziya alınması problemləri var. Ona görə, bunu asanlaşdırmaq, sahibkarlar üçün şərait yaratmaq lazımdır. Rayonlarda alıcılıq qabiliyyəti aşağı olsa belə, aptek olması vacibdir. Belə hallarda lisenziyanın verilməsində, dərmanların burada satışında güzəşt edilməlidir. Bununla həmin rayonda ən azı bir aptek fəaliyyət göstərə bilər”.
Qeyd edək ki, mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatlara görə, Azərbaycanın paytaxt Bakıya ən yaxın turizm rayonu olan Xızıda aptek yoxdur. Əhalisi 16 370 nəfər təşkil edən rayonda aptek olmaması ictimaiyyətdə və sosial şəbəkələrdə geniş müzakirə obyekti olub.
Xatırladaq ki, Xızı rayon İcra Hakimiyyəti (İH) də rayonda aptekin olmadığını təsdiqləyib. Qurumun məlumatına görə, insanlar dərmana olan ehtiyaclarını Sumqayıtdan və digər yaxın rayonlarda olan apteklərdən qarşılayırlar.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya