VI Bakı Beynəlxalq Humanitar Forumu: “Yanlış məlumatlandırma siyasəti” mövzusunda işçi sessiya keçiriləcək
11:56 24.10.2018
Arxiv
615
VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində oktyabrın 26-da AZƏRTAC-ın təşkilatçılığı ilə "Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” mövzusunda işçi sessiya keçiriləcək.
Sessiyada cəmiyyətin yanlış məlumatlandırılmasının ağır fəsadları, bunun bütün dünyada sülh və sabitlik üçün yaratdığı təhlükələr ilə bağlı məruzələr dinləniləcək, diskussiyalar aparılacaq, suallar cavablandırılacaq.
Yerli və xarici kütləvi informasiya vasitələrinin, beynəlxalq və regional media qurumlarının rəhbərlərinin və nümayəndələrinin, tanınmış ekspertlərin iştirakı ilə keçiriləcək sessiya iki hissədən ibarətdir.
Sessiyanın Rusiya Federasiyasının TASS agentliyinin Baş direktorunun birinci müavini, Dünya Xəbər Agentlikləri Konqresi Şurasının vitse-prezidenti Mixail Qusmanın moderatorluğu ilə keçəcək birinci hissəsini AZƏRTAC-ın İdarə Heyətinin sədri, Dünya Xəbər agentlikləri Konqresi və OANA-nın prezidenti Aslan Aslanov giriş nitqi ilə açacaq. Sonra Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev, Rumıniyanın AGERPRESS agentliyinin baş direktoru, Avropa Xəbər Agentlikləri Alyansının baş katibi Aleksandru Giboi, Estoniya parlamentinin vitse-spikeri Kalle Laanet, İranın İRNA xəbər agentliyinin baş direktoru Sayed Ziya Haşemi, ADA Universitetinin müəllimi Şəfəq Mehrəliyeva, "Belarus seqodnya” media holdinqin baş direktoru Dmitri Juk və "Hoy Los-Angeles” qəzetinin baş redaktoru Alexandro Masiel çıxış edəcəklər.
İşçi sessiyanın AZƏRTAC-ın Almaniya üzrə müxbiri, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının baş katibi Vüqar Seyidovun moderatorluğu ilə keçəcək ikinci hissəsində isə AZƏRTAC-ın İdarə Heyətinin sədri, Dünya Xəbər agentlikləri Konqresi və OANA-nın prezidenti Aslan Aslanov, Rusiyanın TASS agentliyinin baş direktoru, MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının sədri Sergey Mixaylov, Ərəb Xəbər Agentlikləri Federasiyasının baş katibi Fərid Əyar, Albaniyanın ATA agentliyinin baş direktoru Armela Krasniqi, Livan Milli Xəbər Agentliyinin baş direktoru Laure Sleiman, ABŞ-ın Markett Universitetinin beynəlxalq proqramlar üzrə administratoru, beynəlxalq münasibətlər üzrə ekspert Peter Teys, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı Əmir Əliyev və Türkiyənin Anadolu Agentliyinin layihə meneceri Elife Çekem çıxış edəcəklər.
Yekunda məruzə və çıxışlarda qaldırılan məsələlərə, sessiya iştirakçılarının səsləndirdikləri təkliflərə münasibət bildiriləcək, yanlış məlumatlandırma siyasətinin fəsadlarını minimuma endirməklə bağlı KİV-in üzərinə düşən vəzifələr barədə fikir mübadiləsi aparılacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə
“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb
11:29 28.10.2026
Gündəm
Azərbaycan lideri Çex Respublikasının Prezidentini təbrik edib
11:10 28.10.2026
Gündəm
Türkiyə bayrağını və Atatürkü təhqir edən müəllim saxlanılıb
10:25 28.10.2026
Hadisə
Rusiya bir gecədə 531 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
09:57 28.10.2026
Dünya
Paşinyanın bəyanatı hakim partiyada narahatlıq yaradıb
09:46 28.10.2026
Gündəm
Qızıl və gümüş ucuzlaşmağa davam edir
09:41 28.10.2026
İqtisadiyyat