Virus yenidən yayılacaq - Baş katibdən proqnoz
09:30 07.07.2020
Arxiv
635
BMT-nin baş katibi Antoniu Quterreş yeni növ koronavirus (COVID-19) pandemiyasından sonra dünyanı nələrin gözlədiyi barədə danışıb.
APA-nın xəbərinə görə, İsveçin “Aftonbladet” nəşrində yayımlanan məqalədə baş katib pandemiyadan sonra dünyanı iki ssenarinin gözlədiyini bildirib.
“Birinci nikbin ssenaridir. Bu ssenariyə görə, ölkələr hazırkı vəziyyətin öhdəsindən gələcəklər. Şimal dövlətləri uğurlu bərpa planı işləyib hazırlayacaqlar, inkişaf etməkdə olan ölkələr isə kömək alacaqlar”, - deyə A. Quttereş vurğulayıb.
O, koronavirusa qarşı peyvəndin 9 ay ərzində tapılacağını və onun hamı üçün əlçatan olacağına ümid etdiyini qeyd edib.
BMT-nin baş katibi deyib ki, əgər hadisələr bu məcrada inkişaf etsə, iqtisadiyyat da bərpa olunacaq, iki-üç ildən sonra normal vəziyyətə qayıtmaq üçün dünya da hərəkət etməyə başlayacaq.
“İkinci isə bədbin ssenaridir. Əgər ölkələr fəaliyyətlərini əlaqələndirməsələr, virusun yenidən yayılması baş verəcək, inkişaf etməkdə olan ölkələrdə vəziyyət pisləşəcək. Peyvənd üzərində işin ləngiməsi və ya bunun üçün şiddətli rəqabətin başlaması, peyvəndi ancaq iqtisadi imkanları olan ölkələrin əldə etməsi variantı da mümkündür. Əgər bu ssenari həyata keçsə, biz seqreqasiyanın, populizmin və ksenofobiyanın necə böyüdüyünü görəcəyik”, - deyə A. Quttereş vurğulayıb.
Baş katibin sözlərinə görə, hər bir ölkə sərbəst yaşayacaq, dünya isə ümumi problemlərin həlli üçün vahid idarəetmə təşkil edə bilməyəcək.
A.Quterreş nəticədə “yeni normallıq” yaranana qədər, ən azı 5-7 il davam edəcək qlobal depressiyanın baş verə biləcəyi barədə xəbərdarlıq edib.
Məqalədə o da qeyd olunub ki, hazırda dünyanın hansı məcra üzrə hərəkət etdiyini söyləmək çətindir: “Lakin mümkün olan hər şeyi etmək və ən pisinə hazırlaşmaq lazımdır. Pandemiya davranışın dəyişdirilməli olduğunu göstərməlidir və ayrılıq indi hər kəs üçün təhlükəlidir”.
Baş katib bildirib ki, qlobal çətinliklərin öhdəsindən yalnız qlobal idarəetmə qurumlarının köməyi və beynəlxalq əməkdaşlığın köməyi ilə gəlmək mümkündür.
A. Quterreş qeyd edib ki, dövlətlərarası əməkdaşlığın mövcud metodlarını yenidən nəzərdən keçirmək lazımdır, bunun çərçivəsində BMT və onun orqanları, Dünya Bankı, habelə Beynəlxalq Valyuta Fondu və regional təşkilatlar daha sıx işləyəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol