“Onlar Avropada təhsil, iş və tibbi müayinə baxımından bir çox mühüm tələbatlarını ödəyəcəklər”
Vizasız səfərin avantajları çoxdur
21:11 02.03.2017
Arxiv
736
Gürcülər Avropada öz ölkələrindəki kimi rahat gəzəcəklər
“Onlar Avropada təhsil, iş və tibbi müayinə baxımından bir çox mühüm tələbatlarını ödəyəcəklər”
“Onlar Avropada təhsil, iş və tibbi müayinə baxımından bir çox mühüm tələbatlarını ödəyəcəklər”
Gürcüstan vətəndaşları mart ayının sonundan Avropa Birliyi ölkələrinə vizasız gedə biləcəklər. Bu barədə Avropa Birliyinin miqrasiya üzrə nümayəndəsi Dimitris Avramopulos məlumat verib. O bildirib ki, Gürcüstan islahatlar sahəsində böyük nailiyyətlər əldə edib və Avropa Birliyi bunu qiymətləndirib.
Beləliklə, Gürcüstan Avropa Birliyi ölkələrinin daxil olduğu Şengen zonasına girib. Xatırladaq ki, prosedur AB-nin "Şərq tərəfdaşlığı və yaxın qonşuluq” proqramı çərçivəsində həyata keçirilir. Bu proqrama ilkin olaraq Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova və Belarus daxil idi. Ukrayna hazırda Şengen zonasına daxil olmağa çox yaxındır. Ermənistan isə Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyinə daxil olub. Balanslı siyasət yürüdən Azərbaycan Avropa Birliyi ilə əməkdaşlığın başqa formada olmasını istəyir. Məlumat üçün deyək ki, AB ötən ilin sonlarında Azərbaycanla hərtərəfli əməkdaşlığa dair danışıqlar aparılmasına mandat verib.
Siyasi ekspert Elxan Mehdiyev "Şərq”ə açıqlamasında deyib ki, Gürcüstanın Avropa Birliyi ölkələrinə vizasız səfər etməsinin bir çox avantajı var: "Gürcüstan üçün yeni mərhələ başlayır. Bundan sonra ölkə vətəndaşları yeni iş imkanları əldə edəcəklər. Viza rejimi tətbiq olunan digər ölkələrin Avropaya getməsi üçün əlavə maddi vəsait və uzun hüquqi prosedur tələb olunur. Həmin proses zamanı sadəcə az qisim adam Avropaya viza əldə edə bilir. Xeyli şəxsin tələbi müxtəlif səbəblərlə rədd edilir. Vizasız səfər o deməkdir ki, gürcülər Avropa dövlətlərində öz ölkələrində olduğu kimi sərbəst gəzib-dolaşa biləcəklər. Avropada təhsil, iş və tibbi müayinə baxımından bir çox mühüm tələbatlarını ödəyəcəklər”.
Məsələ ilə bağlı "Şərq”ə fikirlərini bölüşən "Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas da bildirib ki, Gürcüstanın Avropa ölkələrinə vizasız gediş-gəliş imkanı əldə etməsi qonşu dövlət üçün böyük uğurdur:
"Gürcülər Avropanın tərkib hissəsi, Şengen ölkələrinin vətəndaşı kimi vizasız rahat şəkildə hərəkət edə biləcəklər. Bunun özü kifayət qədər mühüm məsələdir. Azərbaycan dövləti də hər zaman prioritet kimi Avropanı, Qərbə inteqrasiyanı seçib. Ancaq xatırladım ki, Rusiya ilə münasibətlərə görə, Gürcüstan da, Ukrayna da, Azərbaycan da ərazilərinin bir hissəsini itirib. Bunun əsas səbəbi o idi ki, həmin ölkələr Qərbə inteqrasiyanı seçmişdilər. Sadəcə olaraq Gürcüstan və Ukrayna ərazi itkiləri ilə barışdılar və prosesi davam etdirdilər. Ancaq Azərbaycanın coğrafi mövqeyi və geopolitik siyasəti buna imkan vermədi. Təbii ki, əsas hədəfimiz Qərbə inteqrasiyadır. İnşallah, yaxın gələcəkdə azərbaycanlılar da Avropa ölkələrinə vizasız səfərlər edəcəklər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Müharibəni biz yox, Ukrayna başladıb
20:14 01.10.2026
Aktual
Fransadan sonra Belçikada da şagirdlər kütləvi etiraza qalxdı
20:09 01.10.2026
Dünya
Britaniya səfiri İran XİN-ə çağırılıb
19:48 01.10.2026
Dünya
Muxtar Babayev Yaponiyanın Azərbaycandakı səfiri ilə görüşdü
19:31 01.10.2026
Siyasət
Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub
19:16 01.10.2026
Dünya
Çinlə əlaqələrimizin kökü əsrlər əvvələ gedib çıxır - ŞƏRH
19:14 01.10.2026
Gündəm
Türkmənistan və Ermənistan iqtisadi əməkdaşlığı genişləndirir
18:36 01.10.2026
Gündəm
"Bavariya" Noyerə alternativ axtarır
18:29 01.10.2026
Futbol
Hacıqabulda minik maşınları toqquşub, 4 nəfər xəsarət alıb
18:22 01.10.2026
Hadisə
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib
18:13 01.10.2026
Ölkə
ZemiS - təbiətin saf gücünü süfrələrə gətirən yerli brend
18:11 01.10.2026
Ölkə
“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb
17:07 01.10.2026
Sağlamlıq
Məsud Pezeşkian: İran ABŞ ilə danışıqlardan qaçmaq niyyətində deyil
16:51 01.10.2026
Dünya