Vladimir Putinlə Məhəmməd bin Salman Qaşıqçı məsələsini müzakirə edəcək





"G20”liyin zirvə toplantısı çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman arasında görüş nəzərdə tutulub.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, görüşdə İstanbulda qətlə yetirilən səudiyyəli jurnalist Camal Qaşıqçı ilə bağlı məsələ müzakirə olunacaq.