Xalq artisti ittihamlara cavab verdi: “500 milyonum olsa, nə dərdim? .."
12:01 10.02.2017
Arxiv
710
Xalq artisti Leyla Şıxlinskaya adının dələduzluqda hallanması barədə yayılan xəbərlərə münasibət bildirib.
Məşhur aktrisa, "Leyla Şıxlinskaya" klinikasının baş həkimi "Qafqazinfo”ya açıqlamasında qalmaqallı evin ona məxsus olmadığını söyləyib.
Xalq artisti deyib ki, 7-8 il bundan əvvəl həmin məkanda sadəcə olaraq balet məktəbi açmaq istəyib:
"Hər şey tamamilə yalandır. Heyfslənirəm ki, heç kəs mənimlə əlaqə saxlamadı, məsələnin doğrusunu dəqiqləşdirmədi. Rusiya mətbuatında ora ev kimi qeyd edilsə də, əslində atılmış bir çardaqdır. Oranı almamışam, heç kimə pul verməmişəm. Ümumiyyətlə, bu söhbətin tarixi 7-8 ilə dayanır. Yazılan kimi ora mənim olsaydı, niyə həmin çardağı xaraba kimi saxlayım? Mən foto-model deyiləm ki, adımı bu cür xəbərlərdə hallandırırlar? Mötəbər şəxsəm, adım-sanım var. İşlərim ortadadır, belə şeylər olanda mənə zəng vursunlar.
Ola bilər ki, hansısa sənəddə adım hallana... Çünki, 7-8 il əvvəl ora ilə maraqlanırdım. Uşaqlar üçün balet məktəbi açmaq istəyirdim. Amma vasitəçilər mənə dedilər ki, hər gün orada olmalıyam, həmçinin məbləği çardağın dəyərindən çox demişdilər. Mən də söylədim ki, gücüm çatmaz. Hələ ora ilə maraqlananda qonşular sevindi, dedilər ki, alın. Çardaq pis vəziyyətdədir, suyu başımıza tökülür. Təmir etsəz, biz də sevinərik. 500 milyon rublum ( 15 milyon manat) olsa, nə dərdim? Bu məbləğ məndə nə gəzir?”
Xatırladaq ki, Rusiyanın life.ru xəbər saytı Moskvanın Petrovka küçəsində olan elit binada yerləşən mənzilin saxta sənədlərlə bir neçə insanın adına keçirildiyini yazıb. Sənədlərdə Azərbaycanın xalq artisti Leyla Şıxlinskayanın adı yer alıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət