Xalq artistinin halı pisləşdi - Reanimasiyadadır




Azərbaycanın xalq artisti Böyükxanım Əliyevanın qəfildən halı pisləşib.

Sherg.az -ın Lent.az-a istinadən xəbərinə görə, bu barədə aktyor Rəhim Rəhimov məlumat verib.
R. Rəhimov deyib ki, aktrisanın vəziyyəti yaxşı deyil və reanimasiyadadır.
Aktyor onu da qeyd edib ki, B. Əliyevaya təcili olaraq mənfi rezuslu 3-cü qrup qan lazımdır.
Qeyd edək ki, Böyükxanım Həsənbala qızı Əliyeva Lənkəran Dövlət Dram Teatrının aktrisasıdır. O, 1945-ci ildə anadan olub, 42 ildən artıq səhnədədir.
Teatr sahəsində səmərəli fəaliyyətinə görə Böyükxanım Əliyeva 1979-cu ildə "Əməkdar artist”, 2000-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.