Xalq artistinin ikinci ayağı da amputasiya olunub




Xalq artisti Muxtar Maniyev xəstəxanadan evə buraxılıb.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycanın məşhur aktyorunun həkimi İlqar Namazov ANS Press-ə bildirib ki, xalq artistinin sağ ayağı kəsilib.

Topçubaşov adına Elmi Tədqiqat Cərrahiyyə İnstitutunun həkimin sözlərinə görə, aktyorun səhhəti stabilləşsə də, hələ də ağır olaraq qalır: "3 gün əvvəl xəstə evə buraxılıb. Yaraları sağalırdı. Vəziyyəti yaxşı idi burada, qohumlarının istəyi ilə xəstə evə buraxılıb. Ötən il sol ayağı topuqdan aşağı bu il isə sağ ayağı dizdən yuxarı hissəyədək amputasiya olunub".

Bir müddət əvvəl Xalq artisti Muxtar Maniyevin vəziyyəti pisləşib və reanimasiyaya yerləşdirilib. Aktyora sağ aşağı ətraflarında trofik xorası diaqnozu qoyulub. Bundan başqa, o, şəkərli diabet, mikro- və makro- angipotia, artiskleroz və ensofolopotiya diaqnozlarından əziyyət çəkir.